Ermənistan vətəndaşı Azərbaycandakı qayğını sosial şəbəkədə paylaşdı
Erməni Feysbuk istifadəçisi ehtiyatda olan
azərbaycanlı general-leytenant Yaşar Aydəmirovun fotosunu paylaşıb.
42-Ciparalel.az
publika.az-a istinadən xəbər verir ki, fotoda
general-leytenant Yaşar Aydəmirov şəhid anasının əlini öpür. Belə ki, xüsusi
tapşırıqla Ermənistana göndərilən kəşfiyyat qrupu ilə bağlı bu il noyabrın 1-də
Azərbaycan Texniki Universitetində keçirilən anım tədbirində çəkilib. Şəhid
kəşfiyyatçının anasına medal təqdim edən general-leytenant ehtiram əlaməti
olaraq
onun əlindən
öpərək, qarşısında baş əyir.
Erməni Feysbuk istifadəçisi Haykaz Gevorgyan isə fotonun “Azərbaycanlı
general şəhid anasının hüzurunda.
Təəssüf ki, bizdə belə deyil” başlığı ilə paylaşıb.