Search for:

Azərbaycan və İsveç Xarici İşlər Naziri Stokholmda görüşdülər

Paylaş:


Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri
çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb.


42-Ciparalel.az




xəbər verir ki, görüş iki ölkə arasında münasibətlərin hazırkı
səviyyəsi və gündəlikdə olan məsələlər


in


müzakirəsi, o cümlədən yüksək səviyyəli qarşılıqlı səfərlərin
əməkdaşlığın genişləndirilməsinə diqqət


lə yadda qalıb


. Bu il Azərbaycan ilə İsveç arasında diplomatik
münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi isə məmnuniyyətlə
vurğulanıb.


Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf
etdirilməsi yolları da müzakirə edilib və bu xüsusda İsveç şirkətlərinin
Azərbaycanda fəaliyyəti təqdir olunub, qarşılıqlı sərmayələrin artırılmasının
vacibliyinə toxunulub. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin
gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş
potensialın olduğunu qeyd ediblər.


Elmar Məmmədyarov


Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata
keçirilən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verib
və xüsusilə, Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir
yolu xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan son danışıqlar
prosesinə toxunan nazir Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinin qəbuledilməz
olduğunu deyib. İsveçin də ATƏT-in Minsk qrupunun


üzvlərindən


biri olduğunu bildirən Elmar Məmmədyarov BMT
Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktı əsasında
münaqişənin həlli və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş
ərazilərindən çıxarılması üçün Minsk qrupunun bütün üzvlərinin töhfəsinin vacib
olduğunu vurğulayıb. O, Avropa İttifaqının Qlobal Təhlükəsizlik Strategiyasında
təsbit olunduğu kimi dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi təməl
prinsiplərə sadiqliyin bütün münaqişələrə münasibətdə qeyri-seçimli əsasda,
vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini ifadə edib.

Paylaş: