Search for:

YUNESKO-nun Baş Konfransında Elnur Sultanov milli bəyanatla çıxış edib

Paylaş:



Parisdə YUNESKO-nun Baş Konfransının 39-cu sessiyası işini davam etdirir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə
səfiri, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi
Elnur Sultanov noyabrın 4-də Baş Konfransda ümumi siyasi debatlar çərçivəsində
milli bəyanatı səsləndirib.


42-Ciparalel.az


-ın məlumatına görə,


Elnur Sultanov İrina Bokovaya 8
illik fəaliyyəti dövründə YUNESKO-ya verdiyi töhfələrə görə təşəkkür edib və
yeni baş direktor Odre Azuleyə


isə


gələcək fəaliyyətində uğurlar
arzulayıb.


O bildirib ki, dünyanın üzləşdiyi
təhdidlər və çağırışlar fonunda təhsilin keyfiyyətinin artırılması, mədəni
müxtəlifliyin, eləcə də dialoq və qarşılıqlı hörmətin təşviq edilməsi kimi
birgə tədbirlərin görülməsinin daim vurğulanması olduqca vacibdir. Bu
istiqamətdə qurumun rolunun hamıya aydın olduğunu qeyd edən səfir mənfi
tendensiyalara qarşı mübarizə aparmaq üçün YUNESKO-nun dəyərləri ətrafında sıx
birləşmənin əhəmiyyətini vurğulayıb. E.Sultanov deyib ki, qarşıda duran mühüm
problemlərin həlli məqsədilə üzv dövlətlər, baş direktor və katiblik arasında
möhkəm əməkdaşlıq və əlaqə təmin edilməlidir. İdeyalar laboratoriyası olan
YUNESKO-da sülh mədəniyyəti naminə bütün üzv dövlətlərin birləşdiyi əsl
çoxtərəfli və inklüziv səmimi mühit olmalıdır.


Milli Komissiyanın baş katibi qeyd
edib ki, təşkilatın səmərəliliyinin artırılmasında təsirli islahatların
keçirilməsi


əsas amillərdən


dir. Bu islahatlar BMT islahat
prosesinə uyğun keçirilməli, BMT qurumları çərçivəsində təkrarların qarşısı
alınmalıdır. YUNESKO-nun Konstitusiyasında aydın şəkildə əks olunmuş təhsil,
elm, mədəniyyət və kommunikasiya mandatı əldə rəhbər tutulmalıdır.


Xüsusi tapşırıqlar üzrə səfir iki il
əvvəl BMT-nin dayanıqlı iqtisadi və sosial inkişafa, eləcə də daha yaxşı və
təhlükəsiz dünya qurmağa nail olmaq üçün dayanıqlı inkişaf məqsədləri qəbul
etdiyini xatırladıb. O, 2030-cu il dayanıqlı inkişaf proqramında əsas
məqsədlərindən birinin təhsil olduğunu və YUNESKO-nun təhsillə bağlı məqsədin
reallaşdırılmasında fəal iştirak etdiyini, hökumətimizin bu sahədə məqsədyönlü
tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.


Elnur Sultanov


üzv dövlətləri daima bu məqsədlərə nail olmaq, xüsusilə də zorakı
ekstremizm və radikalizmin qarşısını almaq üçün təhsilin rolunu artırmaqda
YUNESKO-ya dəstəklərini əsirgəməməyə çağırıb.


Baş katib,


həll edilməmiş silahlı
münaqişələri, terrorizmi, zorakı ekstremizmi, aqressiv separatizmi, etnik və
dini dözümsüzlük və ayrı-seçkilik problemlərini, inkişafa böyük maneə kimi
qiymətləndirib.


Diqqətə çatdırıb ki, Azərbaycan
ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən hələ də işğal altında
saxlayaraq, YUNESKO-nun dəyərləri və prinsipləri açıq şəkildə pozulur.
Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarında, eləcə də öz ərazisində
apardığı mədəni təmizləmə siyasəti nəticəsində xalqımıza məxsus bütün tarixi və
mədəni abidələr, mədəni irs obyektləri, məktəblər, məscidlər və
qəbiristanlıqlar qəddarlıqla dağıdılıb.


“Beynəlxalq ictimaiyyət silahlı
münaqişələrdə mədəni irsin qorunması üçün səyləri artırmalıdır. Bu baxımdan,
Azərbaycan 2017-ci ilin mart ayında BMT Təhlükəsizlik Şurasının 2347 saylı
qətnaməsinin qəbul edilməsini alqışlayır. Aydındır ki, YUNESKO BMT-nin əsas
qurumu kimi bu qətnamənin həyata keçirilməsinə daha çox töhfə verməlidir.


Azərbaycan silahlı münaqişələr
zamanı mədəniyyətin müdafiəsi və mədəni plüralizmin təşviqi üzrə YUNESKO-nun
fəaliyyətini gücləndirmək strategiyasını fəal şəkildə dəstəkləyir. Bundan
əlavə, Azərbaycan YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin
qorunması üzrə komitəsinin və dünya irs komitəsinin üzvü kimi bu məsələyə öz
töhfəsini verir. Xüsusilə qeyd etmək lazımdir ki, Azərbaycanın maliyyə dəstəyi
ilə YUNESKO və San-Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu mədəni irsin
qorunması üzrə hərbi bələdçi hazırlayıb”, – deyə E.Sultanov vurğulayıb.


“Fəxr edirik ki, Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə
2008-ci ildə başlanan “Bakı prosesi” mədəniyyətlərarası dialoqun təşviqi üçün
qlobal səviyyədə tanınmış platformaya çevrilib. Bu proses çərçivəsində bu il
Azərbaycan müvafiq BMT qurumları və beynəlxalq təşkilatlar ilə bərabər
YUNESKO-nun əsas tərəfdaşlığı ilə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq
Forumuna ev sahibliyi edib. Ötən il Azərbaycanda BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumu keçirilib” – deyə baş katib diqqətə çatdırıb.


Və sonda Azərbaycanın siyasi,
iqtisadi və mədəni baxımdan müxtəlif qitələr arasında körpü rolu da oynadığı bildirilərək,
bir neçə gün öncə Asiya və Avropanı birləşdirən, qədim İpək Yolunun bir
hissəsinin bərpası olan Bakı-Tbilisi–Qars dəmir yolunun istifadəyə verildiyi və
onun müxtəlif mədəniyyətlərin yaxınlaşmasına geniş imkanlar açdığı da bildirilib.
“Bütün bunlar bizim strateji baxışımızdan irəli gəlir və YUNESKO dəyərlərini
regionda daha da təşviq etdirməyə, sülh və inkişafı təmin etməyə ruhlandırır”-
deyə Milli Komissiyanın baş katibi xüsusi vurğulayıb

Paylaş: