Search for:

ABŞ-ın 2018-ci ilə “özəl” planı üzə çıxdı

Paylaş:


İraq və Suriya bağlı ABŞ-ın 2018 il üçün planı
bəlli olub.

42-Ciparalel.az

“Yeni Şəfəq” nəşrinə istinadən xəbər
verir ki, ABŞ Şimali İraqda peşmərgəni, Suriyada isə PYD-ni (PKK-nın Suriya
qanadı hesab edilir – red.) legitimləşdirmək üçün iki ölkədə 7 yeni dövlət elan
etməyə hazırlaşır.



Bu haqda açıqlamanı isə türkiyə mətbuatına  Suriyada 2013-cü ildən müxalifətin sıralarına
keçən yüksək vəzifəli bir hərbçi verib. Belə ki, ABŞ-ın planına görə, İraqda
sünnilərə dar bir ərazi verilir.



Tikrit, Səlahəddin, Anbar və Fəllucə
sünnilərə, Ərbil, Duhok, Hələbcə və Süleymaniyyə bölgələri



peşmərgəyə, Bağdad-Nasiriyye-Kadisiyye-Nəcəf dəhlizi
isə şiələrə “pay düşür”







Suriyada Aralıq dənizindən
başlayaraq Lazkiye-Tartus-Dəməşq xəttini Nüseyri federal bölgəyə daxil edən
ABŞ, Suveyda-Golan-Kuneytra xəttini dürzilər üçün ayırmağı da unutmayıb. Suriyalı
hərbçinin sözlərinə görə, Suveyda-Golan xəttində federal status veriləcək ərazi,
dürzilər bəhanə edilərək yalnız İsrailin təhlükəsizliyi üçün formalaşdırılacaq.


ABŞ-ın buradakı hədəfi Livan-Suriya sərhədində İsrailə daha geniş meydan
yaratmaq və “Hizbullah” üçün nəzərdə tutulan dəhlizə mane olmaqdır.

ABŞ-ın nəzərdə tutduğu xəritədə Hələb, Xama və İdlib sünnilərə verilib. Haseke,
Deyr-ez-Zorun şimalı, Rakka, Münbiç və Qamışlı xəttində isə PYD-nin “terror
dövlət”i yaradılır. Müxalifət hərbçisinin sözlərinə görə, Suriyada istismar
edilən neft ərazilərinin 65 faizi PYD-nin nəzarətindədir

Paylaş: