Search for:

Xızı rayonu ərazisində yerləşən anbaında baş vermiş partlayış

Paylaş:

Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)

tərəfindən

42-CiParalel.az

-a verilən məlumata görə


Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə:

06 Sentyabr 2017-ci il tarixində yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi, Sitalçay, Şurabad və Məşədi Həsən kəndləri ərazisində 1 evin həyətyanı sahəsinə, 1 əkin sahəsinə, 2 ferma ərazisinə, yaşıllıq sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 64 ədəd partlamamış hərbi sursat, 179 ədəd partlamış-yanmış mərmi qalıqları və 130 kq yandırma aşkar edilərək götürülmüşdür.

Ümumiyyətlə, 11 gün ərzində 12 ev, 41 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 14 əkin sahəsinə, 8 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilmiş, 3 941 ədəd partlamamış hərbi sursat, 2 617 ədəd partlamış-yanmış sursat qalıqları və 2 343 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 14 172 562 kv.m (1 417.26 ha) ərazi yoxlanılmışdır.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 4 802 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılmışdır

.42-CiParalel.az

Paylaş: