Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Xarici Filmlərin Amerika Kino Akademiyasının “Oskar” Mükafatına təqdim etmək üçün Azərbaycan üzrə Komisisyanın növbəti iclası keçirilib.
İttifaqın mətbuat xidmətindən
42-CiParalel.az
-a verilən xəbərə görə, iclasda bir sıra məsələlər müzakirə olunub. O cümlədən, komissiyanın qərarı ilə kinorejissor İlqar Nəcəfin “Nar Bağı” filminin Amerika Kino Akademiyasının “Oskar” Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına namizədliyi təqdim edilib.
