2017-ci ilin iyun ayı ərzində mina və PHS təmizlənməsi əməliyyatlarinin gedişi
2017-cı ilin iyun ayı ərzində 1 614 532 m2 (161.45 Ha) ərazi
yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənmişdir. 418 ədəd
PHS, 3 ədəd tank əleyhinə və 2 ədəd piyada əleyhinə mina (cəmi 432 ədəd) aşkar
edilərək zərərsizləşdirilmişdir.
Əməliyyatlarda 489 nəfər əməliyyat heyəti və 136 nəfər inzibati heyət
iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 34
minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 404 013 293 m2 (40 401.33 Ha) ərazi təmizlənmişdir.
Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 762 407 -dür.
Iyun
ayı ərzində mina və partlamamış hərbi sursatların tapılması üzrə 102 Xidməti Zəng
Mərkəzindən 3 müraciət, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 10
müraciət və Qazax Rayon İcra Hakimiyyətindən 1 müraciət daxil olmuşdur.
Iyun ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron,
Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Gəncə, Goranboy, Tərtər, Qazax, Lənkəran
rayonlarında, eləcə də Sumqayıt, Bakı şəhəri və
Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.
42-CiParalel.az