İlham Əliyev Polşada rəsmi səfərdədir + FOTO
Bu gün sənədlərin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının prezidenti
İlham Əliyev
və Polşa Respublikasının prezidenti
Andjey Duda
mətbuata bəyanatlarla çıxış ediblər.
42-CiParalel.az-ın
xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
14:08
İyunun 27-də təkbətək görüşdən sonra Azərbaycan prezidenti
İlham Əliyev
və Polşa prezidenti
Andjey Duda
qarşılıqlı olaraq hədiyyələr təqdim ediblər.
42-CiParalel.az-ın
xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
13:41
İyunun 27-də Azərbaycan prezidenti
İlham Əliyevin
və Polşa prezidenti
Andjey Dudanın
nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
42-CiParalel.az-ın
xəbərinə görə, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
12:48
İyunun 27-də Azərbaycan prezidenti
İlham Əliyevin
Varşavada rəsmi qarşılanma mərasimi olub.
42-CiParalel.az-ın
xəbərinə görə, prezident İlham Əliyevi Polşa Prezidentinin sarayında prezident
Andjey Duda
qarşılayıb.
Polşanın dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Andjey Dudaya təqdim olunub.
Azərbaycan prezidenti Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan və Polşa prezidentlərinin təkbətək görüşü keçirilib.
26.06.2017 20:19
Azərbaycan prezidenti
İlham Əliyev
iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.
42-CiParalel.az-ın
məlumatına görə, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.