Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri
Natiq Əliyev
Türkiyəyə aparılıb.
42-CiParalel.Az
xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından
APA
-ya verilən məlumata görə, N.Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.
Qeyd edək ki, N.Əliyevin ürəyində problemlər yaranmış və o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilmişdi.
04.06.2017 (15:20)
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri
Natiq Əliyevin
vəziyyəti ağır-stabildir.
42-CiParalel.Az
xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından
APA
-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.
Energetika Nazirliyinin mətbuat katibi
Zəminə Əliyeva
açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.
Hazırda nazir həkimlərin nəzarətindədir.
11:50
Azərbaycanın energetika naziri
Natiq Əliyev
xəstəxanaya yerləşdirilib.
42-CiParalel.Az
xəbər verir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardio-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.
