– “Salatın” adı çəkilndə hamımızın təsvvüründə
ilk olaraq cəsur bir Milli Qəhrəman-Salatın Əsgərova canlanır. Siz bu adın
ağırlığını, məsuliyyətini nə vaxtsa öz üzərinizdə hiss etmisinizmi?
-Elə şey olar ki, hiss etməyim. Hərdən elə
olur ki, Salatın deyəndə Salatının qohumları ilə tədbirlərdə rastlaşanda,
haradasa görəndə, o qədər pis təsirlənirəm…Onların gözündən uzaq durmağa
çalışıram… Salatın qızını gözləyən ananın-gözü yolda qalıb. Özümü haradasa
günahkarmı deyim, borclumu deyim, hesab edirəm. Salatın qorxmadan, çəkinmədən cəsarətnən düşmən qabağına getdi və şəhid
oldu. Amma mən haradasa geri çəkilmək istəyirəm. Mənim də adım Salatındır axı. Mən
onun kimi olmalıydım, ancaq mən müharibəyə getmədim. Hərdən qəlbimdən hisslər gəlir-keçir,
bilmirəm peşmançılıq, nigarançılıq hər adamın başına gələ bilər. Ana övladını
itirib. Ananın övlad itirməsi çox böyük dərdir. Bir var ki, öz əcəli ilə ölsün,
bir də var ki, getsin düşmən gülləsinə tuş gəlsin, şəhid olsun. Salatın şəhid
oldu. Ancaq onu bütün Azərbaycan yad edir. Hamı onu özünə doğma bilir. Adımın
Salatın olması ilə fəxr edirəm.
-Bəlkə,
buda əcəldir. Alın yazısıdır?
-Doğurdan
da insanın taleyi əvəlcədən yazılır. Alın yazısına mən inanıram.
-Yaradıcılığınızda xalqımızın məruz
qaldığı erməni vəhşiliklərini böyük canyanğısı ilə qələmə almısınız. Bu, daha
çox vətən, xalq sevgisi ilə bağlıdır, yoxsa yüksək səviyyəli yazıçılığın göstəricisidir?
-Bu birinci növbədə vətənə
olan məhəbbətdən irəli gəlir. İnsan vətənini , torpağını sevməsə, ürəyində o nisgil,
qubar yaranmırsa, o cür alınmaz, hissiz yazılan, səmimiyyətdən uzaq olan yazılara
oxucular inanmaz. Məhəbbət anaya, torpağa, yaxınlarına, əzizlərinə aid olur. Mən
Qarabağ savaşından, Xocalı soyqrımından yazmışam. Doğurdan da dəhşətdir. Xocalı
soyqrımında nə qədər şəhid olub – qocalar, uşaqlar həlak olublar. Nə qədər vətəndaşlarımızı
ermənilər girov aparıblar. Əli silahsız dinc sakinləri əsir götürüblər.
Əsl faciə budur. Bilirik ki, o əsirlərin
başına nələr gətirirlər. Onları fikirləşəndə adam vahimələnir, dəhşətə gəlir.
-Salatın xanım, bu hadisə birinci dəfə
deyil xalqiımızın başına gəlir. Bəs niyə unuduruq?
Çünki, ürəyimiz saf və təmizdir.
Kinimiz, paxıllığımız yoxdur. Erməni orta məktəbdə uşaqlara lövhədə şəkil çəkib
başa salır ki, bu türkdür. Türk sənin əbədi düşmənindir. Amma biz belə şeyləri
başa salmırdıq. Hələ X1X əsrdə İrandan, Livandan köçən ermənilərə biz özümüz
yurd-yuva verdik. Biz özümüz onlara torpaq, sığınacaq verdik. Süfrəmizin
başında otuzdurduq. Məlum oldu ki, buynuzları içəridəymiş. Əslində, belə
baxanda sadə xalqda o qədərdə günah yoxdur. Günah onların siyyasətbazlarındadır,
diasporasındadır. Onlar camaatı yerindən oynadırdı. “Böyük Ermənistan” yaradırıq,-
deyə, onları ayağa qalxmağa sövq edirlər. Ayağa qaldırmağı bacarırlar. Bəyəm,
indi onlar yaxşı yaşayırlar? Pis güzəran, müharibənin səfalətinə dözməyən ermənilər
xarici ölkələrə mühacirət edirlər. Orada cəmisi iki milyon erməni qalıb, ya
qalmayıb.
-Sizcə, yazıçılarımız, elm adamlarımız
Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün əllərindən gələni edirlərmi?
<!–
[if !supportLists]
–>
–
<!–
[endif]
–>
Əlbəttə, yazarlarımız
öz qələmlərini süngüyə döndəriblər. Gücləri çatan qədər əllərindən gələni edirlər.
Amma bizim hamımıza məlumdur ki, dünyada ikili standrtlar var. Dinləri eyni
olan ermənilərə arxa-dayaq olub onları müdafiə edirlər. Ermənilərin əks-təbliğatına
inanaraq Azərbaycan əhalisinin ermənilər tərəfindən yaradılan “vəhşi” obrazına
inanırlar. Yaxşı ki , biz müsəlmanıq. Əsas aparıcı dövlətlərin çoxusu xaçpərəst
dövlətidir. Onların diasporası çox güclü inkişaf edib, güclü iş görür. Bizim
olan həqiqətləri öz adlarına çıxırlar. Bunun dəfələrlə şahidi olmuşuq. Şəkillər
olub, sərgilər olub, kitablar yazılıb, öz adlarına çıxıblar ki, görürsünüz, Azərbaycanda necə vəhşiliklər
törədilib. Sumqayıt hadisələrində əgər hər yerdə , hətta damların üstündə belə xatırlayirsınızsa,
necə olub ki, qabaqcadan kameralar quraşdırılıb erməni əhalisinin öz erməniləri
tərəfindən öldürülməsi kameraların yaddaşına yazılırdır.Az keçmədi ki, bundan
bütün dünya xəbər tutdu. Bütün bunlar hamısı məqsədli, qərəzli şəkildə
qabaqcadan hazırlanmış bir ssenari üzrə işlənmiş və həyata keçirilmişdi.
–
Bildiyimiz kimi, siz sabiq
metropoliten rəhbəri Tağı Əhmədovun həyat yoldaşısınız. Tağı müəllim sizə
uğurlarınızda nə cür köməkliklər göstərib?
-Bəzən deyirlər ki, hər güclü kişinin
arxasında güclü qadın durur. Məndə belədə deyə bilərəm ki, hər bir güclü
qadının arxasında güclü dayaq var, güclü əl var. Oda onun həyat yoldaşıdır. Əlbəttə,
o, mənə kömək eləməsə, mən nə iş görə bilərəm ki? Onun köməyi çox olub. Maddi və
mənəvi cəhətdən mənim yaradıcılığıma dəstək olub.Yaradıcılığıma heç vaxt mane
olmayıb. Özüdə şair qəlbli insandır.
-Yaradıcılıq qabiliyyətinizin olduğunu
kim kəşf etdi və onda neçə yaşınız var idi?
-Əslində , istəyirəm
uzaqdan başlayam. Mənim anam özü sinədəftər bir el ağbirçəyi idi. O, dayanmadan nə qədər
bayatılar , tapmacalar deyirdi. Nə qədər nağıllar söyləyirdi. Qış axşamlarını səbirsizliklə
gözləyirdik ki, anamız bizə bayatı, nağıl söyləyəcək. Hərdən mənə sual verirlər
ki, uşaqlarda vətənpərvərlik duyğularını necə oyatmaq, yüksəltmək olar? Mən deyirəm ki, indiki gənclərimiz nə
nağıl, nə bayatı, nə dastanlar oxumurlar, onlarınkı nədir? Bir internet və
telefonda mesajlaşmaq. Nənə-babalarımız da indi çox müasirləşiblər. İndi heç
kim nəvələrinə qəhrəmanlıq dolu nağıllarımızı danışmır.Uşaqları uşaq ikən qəhrəmanlıq,
vətənpərvərlik ruhunda istiqamətləndirməli, tərbiyə verməliyik .Hər bir gənc
artıq formalaşanda onun özündə bir Koroğlu gücü, Babək üsyankarlığı ,Qaçaq Kərəm
mərdliyi, ədalətsizliyə boyun əyməmək ruhu olmalıdır.Onda vətən basılmaz. İnsanda
birinci ruh olmalıdır.
-Salatın xanım, bayatıdan söz düşmüşkən, etiraf
edin, siz nəvələrinizə o, bayatılardan, nağıllardan, tapmacalardan söyləyirsinizmi?
-Uşaqlarıma vaxtım
çatmayıb, amma nəvələrimə demişəm. Elə bilirəm ki, nənə, baba yanında böyüyən
uşaqlarda vətənpərvərlik hissi dahada yüksək olur. Çünki, ata, ana işə gedir,
vaxtı olmur. Nənə, baba nə qədər olmasada, onlara öyüd nəsiyət verirlər. Keçdiyi
həyat təcrübəsindən onlara danışırlar. Onların gözünü açmağa çalışırlar. Amma
indi ki, uşaqlarınkı dediyim kimi, telefondur. Beş, altı nəfər gənc bir yerə yığışsada,
heç kəs bir-biri ilə söhbət etmək istəmir, ancaq talefonla mesajlaşırlar, oynayırlar
və.s. Bizim vaxtımızda Koroğlu dastanından danışırdılar. Fikirləşirdik ki, deməli,
oğlanlarımız ancaq Koroğlu kimi olmalıdırlar. Sonra gözəllikdə Nigara, qoçaqlıqda Həcərə çəkək. Bəlkədə məni qınayan
olar ki, indi nağıllar vaxtı deyil. Hər halda, bun- un özünün də çox böyük tərbiyəvi
əhəmiyəti var. Belə əsərləri oxumaq lazımdır. Uşaqlıqdan bu ruhda böyümək vacibdir.
-Həyyatın özünü nağıl adlandırmaq olar?
-Nağıllardakı həyatında sərt üzü, xoş üzü, çətinlikləri, enişi, yoxuşu
var. Həyat da bir nağıldır, həyat da bir ömürdür.
-Ağstafaya, uşağlığınızın keçdiyi yerlərə
tez-tez gedə bilirsinizmi? O vaxtların ən çox hansı xatirələri yadınıza düşür?
<!–
[if !supportLists]
–>
–
<!–
[endif]
–>
Vaxt tapdıqca
gedirəm.Allah həmişə yolumuzu xeyir işlərə salsın,yasa,toya-düyünə gedirəm.Adam
yaşlandıqca o doğma yerlər üçün burnunun ucu göynəyir.Getmək,görmək uşaqlığın
keçdiyi o yerlərin xatirəsini bir də yaşamaq istəyirsən.Əzizlərimin qəbrləri
oradadır.Onların ziyarətinə getmək istəyirsən.Göz işlədikcə uzanan yaşıl düzləri,meşəli
bağları bir də görmək istəyirsən.Bəzən illər,qayğılar o qədər çox olurki, buna
imkan tapa bilmirsən.Qalırsan xatirələr içində çabalaya-çabalaya.Kəndin doğma
adamlarının üzündə bir mehribanlıq,bir xeyirxahlıq,məsumluq görəndə adamın özü
də saflaşır,mehribanlaşır,sadələşir,bütün qayğılardan,problemlərdən bir anlıq
da olsa uzaqlaşır.Kəndin gülünü-çiçəyini,otunu-yarpağını unutmaq olarmı?Ancaq
bir şey məni həmişə kədərləndirir.İndi kənd də şəhər kimi bazardan asılı
qalıb.Əkib-biçmək əvəzinə üzünü bazara tutur.Bəlkə də onların problemini həll
etsələr,kənd camaatı özünə bir gün –güzəran düzəldər.Kənd dövlət dotasiyasından
imtina etməli,əkib-becərməli,özünü yaşatmağa qadir olmalıdır. Bilirsiniz , bizimki, yalnız oxumaq idi. Dərsə
get, dərs hazırla! Və əlavə kitablar oxuyurduq. Bağa gedirdik, orada ən gözəl
meyvələrdən dərib yeyirdik. Çox maraqlı idi…
-Kitabdan söz düşmüşkən, inidiki gənclərin
kitab oxumağa meyilləri azdır. Bu nədən irəli gəlir?
-İnternet, telefon. Hərdən
görürsən ki, adamın özüdə alüdə olur, birdə görürsənki, bir saatın sürətlə keçıb. O,
bir saatın yerinə nəsə bir balaca yazı da yazmaq və bu kitabdan bir əlli səhifədə
oxumaq olardı.
-Yazıçı olmaq istəyən, yaradıcılığa
meyilli gənclərimizə nə kimi tövsiyylər verərdiniz?
-Onlara tövsiyəm odur ki,
çox oxuyub, çox mütaliə etsinlər. Mütəliə çox söz deməkdir. Çox mütaliə etsələr,
onların yazma qabiliyyəti, daha da çoxalar. Birdə ki, yazını sona vurandan
sonra yazdıqlarını yaşlı insanlara, yaşlı yazıçılara, şairlərə göstərməlidirlər
ki, onlar gənclərə iradlarını bildirsinlər. Böyük redaktiyə bəzən çox böyük də eytiyac duyulur.Gərək insan
ömrünün axırınadək daim oxusun,öyrənsin,özündən razı,müştəbeh olmasın.Öz üzərində
çalışsın,vaxtını boş yerə sərf etməsin,ondan səmərəli istifadə etsin.İngilis
yazıçısı Lenniell Riçardson vaxtı parça ilə müqayisə edib deyirdi:”Vaxt elə bir
parçadır ki, ondan həyatımız biçilir”.Tomas Edissona görə,dahiliyin,yazarlarınn
99 faizi zəhmət, 1 faizini isə istedad təşkil edir.Mən yaradıcılığa başlayan gənclərə
səbr,mətanət,dözüm və uğurlar arzulayıram.
Mehriban Məmmədzadə
