Bakı şəhəri
Sabunçu rayonu – Maştağa qəsəbəsində 1 ev və həyatyanı
sahəyə
baxış keçirilmiş,
1 ədəd
40 mm-lik minaatan mərmisi (OF)
aşkar edilərək zərərsizləşdirilməsi üçün
götürülmüş, nəticə etibarilə
100 kv.m
ərazi yoxlanılmışdır
.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin
məlumatı)
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 14 may 2017-ci il tarixlərində Ağdam,
Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz,
Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı,
Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə,
1 hərbi hissənin yaxınlığına, 161 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin
həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına,
dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə,
avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa,
yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 620 ədəd partlamamış hərbi
sursat, 119 ədəd tank əleyhinə mina və 14 ədəd piyada əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilmiş, 2 814 899
kv.m ərazi (592 430 kv.m əl ilə, 862 400 kv.m mexaniki üsulla, 113 000
kv.m SENSYS dərinlik ölçən cihazı və 1 247 069 kv.m minaaxtaran
itlərin dəstəyi ilə) yoxlanılmışdır.
42-CiParalel.Az
