Search for:

Prezident Nəriman Həsənzadəni mükafatlandırdı

Paylaş:

Azərbaycan prezidenti İlham Əliyev Nəriman Əliməmməd oğlu Həsənzadəyə Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.


42-CiParalel.Az

-ın məlumatına görə, N.Həsənzadə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Həsənzadə Nəriman Əliməmməd oğlu azərbaycanlı şair, dramaturqdur.

N.Həsənzadə 1954-cü ildən etibarən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. 1965-ci ildə Filologiya elmləri namizədi adına layiq görülüb. Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990-1995), Azərbaycanın xalq şairi (2005) və “İlin şairi” laureatıdır. (2010).

Paylaş: