Ev şəraitində üzə və əllərə qulluq maskaları

Üzə qulluq

* 2 ədəd yumurta sarısını,1 limonun yarısını və 1 x /q. balı qarışdırıb,4 yerə bölün. Səhər acqarına hazırlanmış məhlulun 3 hissəsini yeyib,1 hissəsini üzə və boğaza çəkin. 20-25 dəqiqədən sonra ilıq su ilə yuyun. Həftədə 1 dəfə təkrarlayın.

* 2 x /q. xiyar suyunu 1 ç /q. limon suyuna qatıb pambıqla üzə çəkin. 30 dəqiqədən sonra quru pambıqla silin. Bu, dərini yumşaldır, ləkər üçün faydalıdır.

* Bir neçə nanə yarpağını əldə əzərək yumşaldın və gözün altına qoyun. Bu, qırışlara xeyirdir.

* Hamiləlikdən qalma ləkələr üçün yarım stəkan çiy inək südünü bir o qədər arağa qatıb odun üstünə qoyun,

qaynayan kimi götürün. Soyudub üzünüzü silin.

* Bir ovuc itburnunu əzib, bir termosa tökün. Üstünə qaynar su töküb,dəmə qoyun.2 gündən sonra 1 gündə 5 dəfə

100 qr. için. 5 dəfə də üzü yumaq olar. Bunu həftədə 1 dəfə yerinə yetirin.Ayda 5 dəfə kosmetoloqa getməkdən yaxşıdır.

* Üzünüzü və boynunuzu sabunla təmiz yuyub yaxşı qurulayın.Təmiz balı üzünüzə yaxıb,30 dəqiqədən sonra dəmlənmiş yaşıl çay ilə yuyun.

* 1 dəstə cəfərini 0,5 litr suda 20 dəqiqə qaynadıb suyunu süzün.Həmin suyu sərin yerə qoyub 2 gündən sonra üzü,boğaz nahiyəsini silin.Yumaq olmaz.

* Ləkə üçün 2 x /q süzmə və bir cimdik qabartma tozunun qarışığı yaxşıdır.

* Sızanaq üçün 1 limonun suyu, 2 x /q süd və 1 x /qliserin qarışığı yaxşı təsir edir.

Əllərə qulluq

* Əlləri 1 litr suya 2 x /q sirkə qatıb vanna etmək olar.Əlləri yumşaldır.

* Dırnaqlara tez-tez limonun suyunu sürtsəniz, möhkəmləndirər və sınmağa qoymaz.

* 3 ç /q xama və 3 ç /q sürtgəcdən keçirilmiş kök qarışığı əl üçün gözəl maskadır.

42-CiParalel.Az

Əlaqədar Yazılar