Yevlax rayonu
Aran qəsəbəsi – ″Goran poliqonu″
adlanan əraziyə
baxış keçirilmiş,
1 ədəd 40
mm-lik silah qumbarası (VOQ-25M)
aşkar
olunaraq zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə
2 500 kv.m
ərazi yoxlanılmışdır
.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin
məlumatı)
Ümumilikdə Agentlik tərəfindən 01
yanvar – 30 aprel 2017-ci il tarixlərində
Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul,
Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları,
Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin
sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta
məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının
ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi
əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa,
yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 143 ədəd partlamamış hərbi
sursat, 109 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilmiş, 2 570 464
kv.m ərazi (567 727 kv.m əl ilə, 749 000 kv.m mexaniki üsulla, 113 000
kv.m SENSYS dərinlik ölçən cihazı və 1 140 737 kv.m
minaaxtaran itlərin dəstəyi
ilə) yoxlanılmışdır.
42-CiParalel.Az
