Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik
42-CiParalel.Az
-a xəbər verir ki,Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi — gün ərzində 1 291 ədəd qəlpə,
3 ədəd partlamamış hərbi sursat (2 ədəd 23 mm-lik zenit top mərmisi
(OFZT) və 1 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi) aşkar edilərək
zərərsizləşdirilməsi üçün götürülmüş, nəticə etibarilə 45 830 kv.m ərazi (2 720 kv.m əl ilə,
12 200 kv.m mexaniki üsulla və 30 910 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
CƏMİ: 71
gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə
baxış keçirilmiş, 36 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi
(OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə
idarə olunmayan PQ-7VL raketi, 9 ədəd 70 mm-lik tank
əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış
mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi
(OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1
ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd
Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 8 ədəd piyada əleyhinə mina (OZM-72)
və 67 ədəd tank əleyhinə mina (17 ədəd TM-57 minası və 50 ədəd TM-57
minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 2 460 360 kv.m ərazi (502 999 kv.m əl ilə,
735 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 109 161 kv.m minaaxtaran itlərin dəstəyi ilə)
yoxlanılmışdır.
Ərazinin mina və partlamamış hərbi
sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə
Agentlik tərəfindən 01 yanvar – 29 aprel
2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı,
Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran
və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 9
otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 160 ev və həyətyanı
sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma
və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni
avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə,
istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış
keçirilmiş, 5 142 ədəd partlamamış hərbi sursat,
108 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 2 519 564 kv.m ərazi (562 203 kv.m əl ilə, 735
200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 109 161 kv.m minaaxtaran itlərin dəstəyi ilə)
yoxlanılmışdır.
