Ərazilərinin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik
42-CiParalel.Az
Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndi — gün ərzində 1 238 ədəd qəlpə,
2 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT) aşkar edilərək zərərsizləşdirilməsi
üçün götürülmüş, nəticə etibarilə 47
052 kv.m ərazi (2 575 kv.m əl ilə, 13 300 kv.m mexaniki üsulla və 31 177
kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
CƏMİ: 70
gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə
baxış keçirilmiş, 33 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmi
(OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd 93 mm-lik tank əleyhinə
idarə olunmayan PQ-7VL raketi, 8 ədəd 70 mm-lik tank
əleyhinə idarə olunmayan PQ-7VM raketi, 1 ədəd PQ-7 raketinin partlamamış
mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 2 ədəd 23 mm-lik zenit top mərmisi
(OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi,
1 ədəd TM-57 minasının gücləndiricisi, 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1
ədəd Ş-1 top mərmisinin DTM-75 döyüş başlığı), 8 ədəd piyada əleyhinə mina (OZM-72)
və 67 ədəd tank əleyhinə mina (17 ədəd TM-57 minası və 50 ədəd TM-57
minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilmiş, 2 414 530 kv.m ərazi (500 279 kv.m əl ilə,
723 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 078 251 kv.m minaaxtaran itlərin dəstəyi ilə)
yoxlanılmışdır.
Ərazinin mina və partlamamış hərbi
sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi,
Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax,
Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran,
Gəncə, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 8 əkin sahəsinə, 1 hərbi
hissənin yaxınlığına, 160 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə,
bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və
çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza
ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış
binasının yaxınlığına baxış keçirilmiş, 5 139 ədəd partlamamış hərbi
sursat, 108 ədəd tank əleyhinə mina və 12 ədəd piyada əleyhinə mina aşkar
olunaraq zərərsizləşdirilmiş, 2 473 734
kv.m
ərazi (559 483 kv.m əl ilə, 723 000 kv.m mexaniki üsulla, 113 000
kv.m SENSYS dərinlik ölçən cihazı və 1 078 251 kv.m
minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılmışdır.
