– Mübariz müəllim,
Quba rayonuna rəhbərlik etdiyiniz dövr ərzində rayonun sosial-iqtisadi inkişafında
hansı dəyişikliklər var?
-Mən
Qubaya
il
yarım
əvvəl
rəhbər
təyin
edilmişəm.
Bu
müddət
ərzində
sözsüz
ki,
Qubada
böyük
dəyişikliklərin
baş
verməsi
praktiki
cəhətdən
mümkün
deyil.
Gördüyünüz
bu
nəhəng
tikililər
qısa
bir
müddətdə
başa
çatmışdır.
Gənclərin
müasir
dövrə
uyğun
maarifləndirilməsi
üçün rayonda yaraşıqlı gənclər
evi
açılıb.
Burada
Quba
gənclərinin
boş
vaxtlarını
səmərəli keçirmələri üçün bütün bütün şərait yaradılıb. İstənilən
zaman
gənclər
buradan
istifadə
edə
bilirlər.
Ən
əsası budur ki, insanlar
arasında
böyük
birlik
yaradılıb,
bir-birilərinə
hörmət
və
məhəbbəti
artıb.
Rəhbər
gərək
insanları
özünə
yaxınlaşdıra
bilsin,
mən
elə
bilirəm
biz
bunu
bacarmışıq.
Mən
aprel
ayında,
rayona
gəldiyim
zaman
kəndlilərdə,
qəsəbələrdə
keçirdiyimiz
görüşlər,
sakinlərə
verdiyimiz
vədlər
bir
daha
onları
əmin
etdi
ki,
biz
artıq
inkişaf
yolundayıq.
İnsanlar
bizə
yaxınlaşdı,
aramızda
çox
isti
münasibətlər
yarandı.
Görülən
işlər
isə
göz
qabağındadır.
Bu
da
xalqın
bizə
inamından
irəli
gəlir.
– Quba rayonu turizm regionu kimi tanınır. Rayonda turizmin inkişafı hansı səviyyədədir?
-Ölkənin turizm potensialı uçun ən önəmli region Quba rayonudur. Rayonun bütün perspektiv inkişaf sənədlərinə, sonra isə rayonun bütün ərazisinə baxış keçirilib və yaxın gələcəkdə görüləcək işlər layihələndirilib. Qubada turizm potensialı genişdir. Amma əsas məsələ odur ki, iş aparmaq lazımdır. Bu aspektdən yanaşanda biz qısa zaman fasiləsində rayonda xeyli işlər görmüş, iri şirkətləri rayona cəlb edə bilmişik. Onlar turizmin inkişafı üçün əllərindən gələni edirlər. Buna əsas nümunələrdən biri kimi Bakı Dövlət Universitetinin gördüyü işlərdir. Universitet 8 hektar boş qalmış ərazini abadlaşdıraraq istirahət mərkəzinə çevirdi. Bu yaxınlarda cənab Prezident Qubada səfərdə olarkən həmin istirahət mərkəzinin açılış mərasimində iştirak etdi. Eyni qaydada Dövlət İqtisad Universiteti də 10 hektar ərazidə başqa bir istirahət mərkəzi tikdirdi.
Biz rayonda qolf stadion olan idman kompleksi və ona
bitişik ərazidə dünyanın brend hotellərindən olan “Rixos”un
binasını tikib başa gətirə bildik. Eyni zamanda xırda sahibkarlar tərəfindən Qubanın Qəçrəş yolu uzərində yeni istirahət mərkəzləri, müasir formada ixtisaslaşmış iaşə obyektlərinin tikintisini başa çatdırıb, hazırda əhalinin istifadəsinə vermişik. Buna münasib olaraq,
“Panda”
istirahət mərkəzində, Qəçrəş, yeni tikilmiş “Məsti dərgah” və digər istirahət şəbəkələrində turistlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bizim bundan da böyük planlarımız və perspektiv layihələrimiz var. Allah qismət eləsə, tezliklə
“Təng altı” istirahət
mərkəzi də turistlərin istifadəsinə veriləcək.
– Xalqımız
hotellərin bahalığından
şikayət edirlər,
bu giley-güzarın
qarşısını almaq
üçün nə etmək lazımdır?
– Sözsüz ki,
dünya brendinin qiyməti haqda heç kim başqa fikir söyləyə bilməz, bu bizdən asılı deyil. O brendlər dünyanın bütün nöqtələrində eyni qiymətlər təklif edir. Burada turist üçün qurğular, avadanlıqlar var, kim nədən istifadə edirsə məbləğini ödəyir. Amma ümumiyyətlə, ola bilsin ki, bizdə müəyyən qədər bahaçılıq da var. Ona isə Mədəniyyət və Turizm Nazirliyi nəzarət edir.
– Regionların
sosial-iqtisadi
inkişafı dövlət
proqramına uyğun
olaraq bu
il ərzində hansı
işlər görülüb?
-Dövlət proqramına əsasən bir il ərzində Qubada kifayət qədər iş görülüb. Onlardan ən əsası içməli su və kanalizasiya problemi idi. Cənab prezidentin göstərişi ilə ötən ilin sonlarında bu problemin həlli ilə bağlı genişmiqyaslı layihənin icrasına başladıq. Bir il ərzində Qubada su və kanalizasiya problemi aradan qaldırıldı. Bununla yanaşı kəndlərimizdə enerji təminatı ilə bağlı ciddi problemlər mövcud idi. Bu problemin həlli istiqamətində də işlərimiz davam edir, kəndlərin 25 faizində hələ də problemlər var. Quba
ərazisindən keçən dövlət əhəmiyyətli yollarının çəkilişi çox böyük sürətlə davam etdirilir. Bunun üçün cənab prezident öz ehtiyat fondundan vəsait ayırdı. Quba-Qusar yolunun 18 km əsaslı təmir edilmiş, Quba-Rostov və Xanagah yolunun 25 km-nin təmiri, eləcə də 15 kəndi birləşdirən yolun tikilməsi uçun göstəriş verib. Növbəti ildə ucqar kəndlərimiz olan Alpan, İsnov və Zərdaba kəndlərinin yolları dövlət proqramı çərçivəsində çəkiləcək və təmir ediləcək. Bütün bunlar hazırda dövlət proqramının rayonda sürətlə irəlilədiyini göstərən böyük lahiyələrdir.
– Quba
rayonunun inkişafında
daha hansı planlarınız
var?
-Qubada insanların ən çox məşğuliyyəti kənd təssərüfatı, əsasən də meyvəçilikdir. Qubada konserv zavoduna böyük ehtiyac duyulur. Bu barədə biz təklifimizi vermişik, layihələr hazırlanır. Bununla yanaşı, rayonda maldarlıq kompleksləri də kifayət qədərdir. Ona görə də burada regional ət kəsimi bazasının yaradılması da planlaşdırılır.
– Prezident
İlham Əliyev
yenidən qələbə
qazandı, bununla
bağlı sizin
də ürək sözlərinizi bilmək
istərdik.
-Bu mənim üçün ürəkaçan sualdır, bu sualın verilməsini həmişə kimdənsə eşitmək istəmişəm. Bu gün dövlət başçısı öz siyasətini öz əməli işi və gələcək üçün xalqa verdiyi vədlərlə aparıb. Cənab Prezident regionlardakı geniş tikinti-quruculuq və abadlıq işləri ilə öz sözünü deyib və deməkdə davam edir. Məsələn, Qubada seçki ilə bağlı bizim heç bir çətinliyimiz olmadı. Çünki cənab Prezident öz gündəlik fəaliyyəti ilə seçicilərin inam və etibarını qazandığında, onun təbliğatına ehtiyac qalmadı. İnsanlar bir mənalı olaraq heç bir alternativ barədə düşünmədən İlham Əliyevə səs verdi, öz gələcəyinə səs verdi, başqa cür ola da bilməzdi.
– Buna
baxmayaraq, seçkilərin
saxtalaşdırılması barədə
bəzi şayələr yayılır.
Buna münasibətiniz necədir?
-Zamanın, saman məsələsi var. Bilirsiniz, dövlətimizin əleyhinə işləyən qurumlar var. Bizim dövlətimiz düz yolla gedir. Bu gün İlham Əliyevdir, sabah başqası seçilə bilər, buna heç kim inkar edə bilməz. Biz axı hüquqi, demokratik, dünyəvi sivilizasiya ənənələrinə sadiq bir dövlətin vətəndaşlarıyıq. Xalq 10 namizədin arasından öz prezidentini seçdi, digərlərini də seçmək hüququ var idi, lakin xalq İlham Əliyevi seçdi. Siz dediyiniz şayələr xalqı qıcıqlandırmaq məqsədilə atılan addımlardır, şou xarakter daşıyır. Bizdə rəhbərə qarşı böyük istək və məhəbbət var, bunu danmaq olmaz.
Müsahibimiz: Azərbaycan Respublikası Quba rayon
İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevdir
Mehriban Məmmədzadə
