-Ağacan müəllim, dünya çempionatı kimi nüfuzlu yarışda
idmançılarımızın nəticə qazanmasını ölkəmizdə gənc boksçular nəslinin
yetişməsinin göstəricisi hesab etmək olarmı?
–
Əlbəttə,
hər hansı bir idman növünün inkişaf edib dünya səviyyəsinə yüksəlməsi təkamül
qanunu kimi zaman tələb edir. Vaxtilə sovetlər dönəmində Azərbaycan boksçuları
komanda hesabına 17 iştirakçı komanda arasında 7-8 yeri tutarkən razı olurdular
ki, onluğa girsinlər. Məsələn, 1991-ci ildə con SSRİ spartakiadasında 12 yerdə
qərarlaşdıq. Bu onun nəticəsi idi ki, boks idman növü ancaq Bakıda idman
cəmiyyətində yer almışdır. Rayonlarda
demək olar ki, nə şərait var idi, nə də idmançı.
O zaman deyirdilər ki, SSRİ çempionu olmaq
Dünya və Avropa çempionu olmaqdan çətindir. Lakin 1991-ci ildə müstəqillik
qazandıqdan sonra bütün idmanda olduğu kimi boks idman növü də kütləviləşdi, rayon və şəhərlərdə
yeniyetmə və gənclər daha çox boksla məşğul olmağa başladılar. İdmançılar artıq
Azərbaycan çempionu olduğu halda, Beynəlxalq, Avropa, Dünya və Olimpiya
oyunlarında çıxış etmək şansı qazandılar.
Ölkədə dövlət qayğısı nəticəsində, gənc
boksçularımız üçün gözəl şərait yaradıldı
və əsaslı motivasiya yarandı. Onlar beynəlxalq çempionlarda ölkəni təmsil
etmək, qalib gəlib Azərbaycanın
bayrağını və himnini dünyaya tanıtdırmaq üçün bacarıq göstərirdilər.
Ulu öndərimiz, müstəqil Azərbaycanın
memarı, ölkə prezidenti Heydər Əliyev o zaman deyərdi: “Müstəqil Azərbaycanın
dövlət rəmzlərini dünyaya tanıtdırmaq üçün idman kimi başqa vasitə yoxdur”.
Baxın bu sözlərdən sonra gənc
idmançılarımız beynəlxalq turnirlərdə dövlətimizin bayrağını və himnini dünyaya
tanıtdıraraq qürur hissi keçirirdilər.

Bu vaxtılə SSRİ-də onluğa düşən Azərbaycan
yeniyetmələri 1999-cu ildə Avropada II oldular, 2001-ci ildə Dünya
birinciliyində 10 medalla II oldular, ən böyük uğurumuz 2007-ci ildə yeniyetmə
komandamız ilk dəfə olaraq tarixdə 9 medalla I yeri tutduar.
Gənc boksçularımızın bu uğurları gələcək
boksçumuzun Avropa və Dünya səviyyəsində yaşlılar arasındada yüksək nəticələrin
əsasını qoydu. 2009-cu ildə gənclər arasında Dünya çempionatında
boksçularımızın komanda hesabında II oldular və 7 medal qazandılar. Yeniyetmə
və gənclərin qələbələri, gələcəkdə yaşlı boksçuların uğurlarından xəbər
verirdi. Belə də oldu. Artıq kişilər arasında keçirilən Dünya və Avropa
çempionatlarında boksçularımız qalib gələrək medallar qazandılar.
Boksçularımızdan Elvin Məmişzadə, Cavid Çələbiyev,Pərviz Bağırov, Teymur
Məmmədov
qızıl,
gümüş və bürünc medalların sahibi oldular.
Beynəlxalq aləmdə ən böyük nəticə
Olimpiya medalları sayılır. İlk Olimpiya bürünc medalını 2000-ci ildə
bokusçumuz Vüqar Ələkbərov Sidneydə
qazandı, 2004-cü ildə Olimpiya oyunlarının vətəni sayılan Afinada Fuad Aslanov və Ağası Məmmədov bürünc
medalların sahibi oldular.
2008-ci ildə Pekin Olimpiadasında Avropa
çempionatının gümüş medalçısı Şahin İmranovda bürünc medalın sahibi oldu.
2012-ci ildə London Olimpiadasında Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov
bürünc medalları qazandılar və nəhayət RNO-2016
oyunlarında Lorenso Sotomayor ilk dəfə Olimpiadanın gümüş medalını,
Mingəçevirli Şahsuvarlı Kamran isə bürünc medalı qazandılar.
Müstəqil Azərbaycanın boks idmanının
tarixini yazarkən bu idmanın “pionerləri” barədə mütləq demək lazımdır. İlk
Avropaların çempionatının qızıl medalını əməkdar məşğçi Şamil Əlimzanovun
tələbəsi, ağır çəkili SSRİ çempionu Ədalət Məmmədov Şotlandiyada qazandı. Ondan
sonra ən böyük uğuru əməkdar məşqçi Rauf Cabbarovun tələbəsi, 18 yaşlı Rövşən
Hüseynov, 1993-cü ildə kişilər arasında Avropa çempionu oldu. Həmin ildə o gənclər arasında Avropa
birinciliyinin qalibi oldu.
1994-cü ildə Rövşən Hüseynov Tailandda
keçirilən Dünya çempionatının qalibi olmuşdu. Belə ki, 2004-cü ildə Dünya çempionatında
Əməkdar məşqçi Vaqif Kazımovun
yetirməsi Ağası Məmmədov çempionatın
qızıl medalına layiq görülmüş, Ruslan Xairov
və Tofiq Əhmədov
-Ümumiyyətlə,
2017-ci ili Azərbaycan boksu üçün necə qiymətləndirirsiniz? Bu ilki gözləntiləriniz…
<!–
[if !supportLists]
–>
–
2017-ci il Azərbaycan boksu və boksçuları üçün yeni
bir imtahan ili olacaqdır. 2015-ci il I Avropa oyunlarında və RİO-2016 da əldə
etdiyi uğurları bu il IV İslam Həmrəyliyi oyunlarında təkrar etməyə
hazırdırlar.
-Hazırda
boksun regionlarda inkişafı hansı səviyyədədir?
–
Bu gün Azərbaycan boksunun Dünyada əldə etdiyi
uğurların əsas səbəbi, elə boksumuzda kütləviliyin artması, Azərbaycanın bir
çox rayon və şəhərlərində boks idmanının inkişafının nəticəsində Boks
Federasiyası regionlarda mərkəzlər yaratmış və bu mərkəzlər boksun inkişafını
idarə edir. Bununla mən, Bakı ilə bərabər, son illər boksun Naxçıvanda,
Gəncədə, Lənkəranda, Mingəçevirdə, Sumqayıtda və Masallıda inkişafını qeyd
edərdim.

-2015-ci ildə Azərbaycan birinci Avropa Oyunlarına
ev sahibliyi etdi. 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları
respublikamızda keçiriləcək.
Bu
ilin mayında ölkəmizdə keçiriləcək IV İslam Oyunlarının əhəmiyyəti…
– Artıq
Avropa idmanı qəbul edir ki, Azərbaycan idman, Olimpiya hərəkatının mərkəzinə
çevrilmişdir. Son illər Bakıda keçirilən idman və mədəni yarışmaların sayı
getdikcə artır və yüksək səviyyədə keçirilir. 2015- ci il uğurlu I Avropa
oyunları, 2016- cı ildə keçirilən “Formula-1” avtomobil yarışması Beynəlxalq
Şahmat Olimpiadası, Gimnastika üzrə Dünya çempionatı, Qəbələdə keçirilən mədəni
tədbirlərdən Muğam müsabiqəsini və b. qeyd etmək olar. İdman Azərbaycanın
inkişaf səviyyəsini, tarixini, dünyaya çatdırır.
Bütün bunların içərisində İslam Həmrəyliyi oyunlarının xüsusi rolu vardır.
Azərbaycan dünyaya fərqli bir tərəfdən də açılmışdır. Bu, olkəmizdə yaşayan
bütün xalqlarla və etnik qruplarla dostluq, qardaşlıq, birgə yaşamaq
prinsipləridir. Bu vəziyyət Azərbaycanda xalqlarımızın həyat tərzidir. Bax elə
buna görə multikulturalizmin inkişafı, öyrənilməsi və həyata tətbiqi məhz
Azərbaycandan başlayır. 2016-cı ili möhtərəm prezidentimiz, cənab İlham Əliyev
Multikulturalizm ili elan etmiş, bu ili 2017-ci ili isə, İslam Həmrəyliyi ili
elan etmişdir. Bütün bunlar bizim
multikultural və tolerant mühitdə inkişafımız üçün gözəl şərait yaradır.
Multikulturalizm və tolerantlıq bir-birini
üzvi olaraq tamamlayırlar.
Multikulturalizm olmayan mühitdə
tolerantlıqdan danışmağa dəyməz və əksinə.
Ona görə də İslam həmrəyliyi oyunlarının
keçirilməsi məhz bu iki məfhumu yaxınlaşdıracaq və bütün dünyaya İslam ölkələrinin
yarış dövründə həmrəyliyinin daha da güclənməsini Dünyaya çatdıracaq. Doğrudan
da, İslam fəlsəfəsi Olimpizm ideologiyası və fəlsəfəsi ilə üst-üstə düşür. Hər
ikisində gənclərin təhsilə, elmə, mədəniyyətə, sağlam nəsil böyütmək üçün, eyni
zamanda fiziki tərbiyə və idmana dəvət etməkdir.
Odur ki, IV İslam Həmrəylik oyunlarının
insanlar arasında həmrəyliyin inkişafı üçün, ədalətli rəqabət şəraitində
mübarizə aparmaq, tanışlıq, dostuq, insan sağlamlığına gözəl vasitədir.
Olimpiya hərəkatının tanınmış prezidenti
Juan Antonio Camaranç bu barədə görün nə deyir: “Olimpiya etikasına və
ideologiyasına uyğun təşkil olunmuş idman oyunları, tolerantlıq, həmrəylik,
dostluq və hörmət kimi insani dəyərləri inkişaf etdirə bilir”.

-Necə
düşünürsünüz, idman oyunlarının ölkəmizdə təşkili digər sahələrdə bizə nə
verəcək?
– Beynəlxalq
idman oyunlarının ölkəmizdə təşkili idmandan çox, ölkəmizi Dünyaya
tanıtmaq üçün daha vacibdir.
İlk öncə bu oyunların iştirakçıları
Azərbaycanla, xalqımızla tanış
olacaqlar, onlar bizim qonaqpərvərliyimizi, mədəniyyətimizi, inkişafımızı
görəcəklər. Atalar demiş “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.
Bundan başqa, oyunların açılış-bağlanış mərasimləri təkcə iştirakçıları ölkələr
üçün yox, bütün dünya üçün gözəl məqamdır. Açılış mərasimində göstərilən milli
mədəni dəyərlər bütün dünyaya deyir: “Baxın, biz Azərbaycanıq, biz beləyik”.
-Azərbaycan
boksu bu gün Avropada neçənci pillədə qərarlaşıb?
–
Azərbaycan boksu bu gün elə Avropa oyunlarında
tutduğu yerdə, yəni Rusiyadan sonra
II-III yerdədir.
– 2017-ci ili ölkə idmanı və Olimpiya Hərəkatı üçün necə qiymətləndirirsiniz?
–
2017-ci il ölkə idmanı üçün,
Olimpia hərəkatı üçün çox dinamik və maraqlı il olacaqdır. IV İslam Həmrəylik
oyunlarından sonra boksçularımızı, gəncləri, yeniyetmələri də Dünya və Avropa
birincilikləri gözləyir. Əminəm ki, bu il boksçularımız üçün müvəffəqiyyətli il
olacaqdır.
-Ağacan
müəllim, 2016-cı il Multikulturalizm, 2017-ci il İslam Həmrəyliyi İlidir. Bununla Azərbaycan dünyaya hansı
mesajı vermək istəyir?
–
Biz artıq XXI əsrdə yaşayırıq. 20 il bundan, yəni
XX əsrdə heç kim multikultiralizmədən danışmrdı. Son illər multikulturalizm və
tolerantlıq məfhumlarna daha tez-tez rast gəlirik. Azərbaycan multikulturalizmi
artıq dünyada tanınır. Bu məfhumların tanınması, həyata keçirlməsi, bütün
xalqar üçün çox vacib və təxirəsalnmaz olmalıdır. Bugünü dünyada, müxtəlif ölkələrin
qaçqınlarının sayı artdıqca yaranan problemlərin həllində tolerantlıq və
multikulturalizm həlledici rol oynayır.
Multikulturalizm mühitində insanlar bir-biinə daha yaxın olurlar. Mədəni
səviyyə yüksək olur.Belə mühit xoşbəxt həyat üçün gözəl şərait yaradır.
-İslam Həmrəyliyi
İli dünya ölkələrinin İslam dünyasına baxış bucağını dəyişməsinə nə qədər
yardım göstərəcək?
–
İslam Həmrəyliyi
oyunlarının gözəl bir ənənəsi var. Bu nədən ibarətdir: Bu il oyunlarda
rekord sayda 57 İslam ölkəsi iştiak edir. Lakin komandaların tərkibində İslam
ölkələrində yaşayan bütün millətlərin nümayəndələri çıxış edəcəklər. Bax elə
burada İslam Həmrəylik oyunları insanları dinindən asılı olmayaraq bir
komandada çıxış etməsi, eyni zamanda birgə çalışıb uğur qazanmaq və qələbə
sevincini birgə bölmək olacaq. Olimpya
oyunlarında olduğu kimi Qeyri-İslam ölkələri bu oyunlara baxaraq,
dünyada keçirilən Olimpiya və Avropa oyunlarından, Panamerika, Asiya,Umunafrika
oyunlarından heç bir fərqi olmadığını görəcəklər.Əsas onu biləcəklər ki, həmrəylik
olan yerdə sülh,uğurlar, bolluq və xoşbəxtlik var.
-Ağacan
müəllim, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına tətbiq ediləcək yeniliklərlə
bağlı nə deyə bilərsiniz?
–
IV İslam Həmrəylik Oyunları beynəxalq idman
Federasiyalarının qaydalarına uyğun
keçirilir. Odur ki, əgər Beynəlxalq İdman Federasiyalarında yarış
qaydlarında dəyişiklik yoxdursa, təşkilat Komitəsi heç bir yenlik edə bilməz. Beynəlxalq Federasiyaların yarış qaydaları əsas
götürüləcək.
Müsahibimiz: Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, texnika elmləri namizədi, professor, Azərbaycanın əməkdar elm xadimi, Beynəlxalq Elmlər Akademiyasının üzvü Ağacan Abiyevdir
Mehriban Məmmədzadə

