Bərdə rayon icra başçısı indi də gözəllik salonlarının xirtdəyindən
yapışıb
42-CiParalel.Az
-a rayondan verilən xəbərə görə, stomatoloji kabinetləri yoxlatdırıb
xərac yığdıran Vidadi İsayevin növbəti hədəfi salonlardır.
Stomatoloji kabinetləri qeyri-qanuni fəaliyyətdə ittiham edən və qapısını
bağlayan icra başçısı çox keçmədi ki, onların işi davam etdirməsinə şərait
yaratdı.
Hazırda stomatoloqlar yenə də eyni qaydada işləyirlər. Beləydisə, onların
qapısını bağlayıb qanunsuzluqda suçlamaq nəydi, pul alıb açmaq nə?! Çünki hər
birindən 3-5 min manat almaq lazım idi.
İndi də gözəllik salonları, bu azmış kimi çöpçülərin qapıları da “vergi” ödəmək
tələbi ilə üzləşib. V.İsayevin qanunsuz tələbləri, pulsoyma kampaniyaları
Bərdədə cidid gərginlik yaradıb.
İş adamları, orta və kiçik sahibkarlar, obyekt sahibləri hər dəfə müxtəlif
özbaşına tələblərdən cana doyub. Gözəllik salonlarının sahibləri isə
“ilişməmək” üçün rüşvət vermək məcburiyyətində qalıb.
Rayondan verilən xəbərə görə, V.İsayevin Bərdənin icra hakimi
vəzifəsindən gedəcəyi gözlənilir. Buna səbəb Prezident Administrasiyasına
ünvanlanan çoxsaylı şikayətlər və mətbuatda ictimailəşən probemlərdir.
Ölkə rəhbərliyinin yaxın vaxtlarda bəzi icra hakimlərinin yerini dəyişəcəyi,
V.İsayevin başqa rayona rəhbər təyin olunacağı iddia edilir.
Çünki təkcə bərdəlilər deyil, şəhid ailələri, məcburi köçkünlər də onun
fəaliyyətindən şikayətçidir. Bir müddət qabaq şəhid ailəsi Yasəmən İsmayılova
onun qəbuluna düşə bilməməsindən gileylənmişdi.
Daha bir sakin Bəxtiyar Qurbanovun dediklərini yada salaq: “Bərdənin icra
başçsı Vidadi İsayevi qəbul günləri icrada görmə
dim
.
Bəlkə də otaqda olur, işçilərinə deyir ki, kim soruşsa de Bakıda ya xaricdədir.
Mən 8 aydı bu insanı Bərdədə görə bilmirəm. 7 ildi Bərdənin icra başçısıdır.
Gundemxeber.az yazıb ki, dövlət rəhbərliyi dəstəyini əsirgəmədi. Büdcədən
pullar ayrıldı ki, icra başçısı qarşıya qoyulan məqsədləri çətinlik çəkmədən
yerinə yetirsin, əhalinin sosial həyatında dəyişiklik etsin.
Lakin V.İsayev büdcə pullarını öz yaxın çevrəsi ilə yağmaladı, camaatın dərdinə
şərik olmadı, problemlər günbəgün aşıb-daşdı, qə
dim
Bərdə şəhəri icra hakimiyyətinin yarıtmaz fəaliyyəti nəticəsində
orta əsrlər dönəminə qaytarıldı.
Beləcə prezidentin gözündən düşən Bərdə rəhbərliyi etibarı itirdi. Eyni zamanda
iqtisadi böhran dövründə dotasiyanın kəsilməsi ilə nəticələndi.
Halbuki, qonşu Tərtər rayonuna başçı təyin olunan Müstəqim Məmmədov Vidadi
İsayevdən fərqləndi. Cəbhə bölgəsinin sakinləri ilə fasiləsiz görüşlər keçirdi,
əhalinin yanında oldu, problemlərini dinlədi.
xatırladqaq ki, Bərdənin hakimi qarşısında rayonu çapıb-talamaq,
darmadağın etmək, əhalini narazı salmaq kimi hədəflər qoyduğu üzə çıxır.
Vidadi İsayev milyonlarla manat dövlət pulunu şəxsi məqsədlərinə sərf edib.
Məsələn, onun dəftərxana ləvazimatlarının satın alınması adı altında büdcədən
ayrılmış 8190 manatı hara xərclədiyini özündən başqa kimsə bilmir.
Bərk inventarların satın alınması üçün ayrılmış 11250 manatın da aqibəti məlum
deyil. Həmçinin ehtiyat hissələrinin satın alınması məqsədi ilə ayrılmış 3150
manat və sair xərclər maddəsi uzrə malların (işlərin və xidmətlərin) satın
alınmasıı üçün ayrılmış 2160 manat da icra başçısının zavalına gəlib.
Maraqlıdır ki, bu pul silmə əməliyyatlarının böyük qismi «Təchizat BCS» MMC
şirkətinin əliylə həyata keçirilib.
Bərdənin icra başçısı Vidadi İsayevin rayonda gestapo rejimi yaratmaqla yanaşı,
həm də yaxın qohum-əqrabasına geniş yaratmaqla məşğuldur.
İcra başçısı Heydər Əliyev parkında oğlu üçün dəyəri 100 min manat olan «Ana və
Uşaq» kafesi inşa etdirir.
42-CiParalel.Az
