“İstəyirəm hamının həyatı dinc və firavan keçsin.”




Atamı kiçik yaşımda itirmişəm. Ailədə 6 uşaq
olmuşuq. Ailənin ilk övladı olduğum üçün məsuliyyət mənim üzərimə düşüb. 41
yaşıma kimi rayonda ailəmiz üçün münasib şərait qurmuşdum. 1993-cü ildə Cəbrayıl
rayonundan gözləmədiyimiz halda məcburi köçkün düşdük. Vətən ağrısı, Vətən
yarası sağalmazdır. Bu gün müharibə elan edilsə mən iki övladımı ön cəbhəyə-
müharibəyə yola salaram.Vətənimi istəyirəm (kövrəldi)…

Şəhərə gəldim,iş tapmaq çox çətin idi. Mən tikintidə
baş mühasib işlədim. Hər yedə özəlləşmə gedirdi. Çox çətin zamanlarıydı, məvaciblər
də vaxtlı vaxtında verilmirdi. Sonra mən fəhlə formamı götürüb üz tutdum
tikintiyə. Dedim – çox pul istəmirəm. Ailədə 5 nəfərik. Yaxşı mühasib ,yaxşıda
fəhləyəm. Gündəlik çörək pulumu istəyirəm. Belə-belə getdim neft şirkətinə
çıxdım. O,təşkilat özəlləşdi. Bir müddətdən sonra həmin təşkilatda baş mühasib
işlədim. Bundan əlavə paralel olaraq bir-iki yerdədə mühasib kimi
şalışırdım.1999-cu ildə bu idarə yarananda testlə imtahan verdim. Məndən başqa biri
bank müdirinin müavini olmaqla 5 nəfər cavan adam var idi. Aralarından mənim sənədlərimə
baxıb seçiblər. O,beş nəfərin içində məni “Anama”-ya işə qəbul etdilər. Qaçqın
düşəndən 19 ildir baş mühasib işləmişəm. Həmişə çalışmişam işimdə səliqə-səhman
olsun. Mühasibə əsas səbr və işləmək vacibdir.

Ailəliyəm 2 oğul,1 qız atasıyam və 5 nəvəm var. Övladlarımdan çox razıyam. Bunu da qeyd
edim ki,16 yaşına qədər məni tərbiyə edənim olmayıb.Yetimçiliknən böyümüşəm, buna
baxmayaraq pis əməllərdən həmişə uzaq olmuşam. Pis əməlim o, olub ki,1969-cu
ildə siqaret çəkmişəm,1979-cu ildə bir rus qadının sözu ilə tərgitmişəm. Səbəbi
də belə olub: -Pitiqorskda həkim qadının yanında müayinədən keçirdim,həmin
o,həkim qadın məni müayinədən keçirdəndə siqaret iyi onu vurdu. Həkim  pıçıltı ilə, dodaqlarının altında mənə ana söyünşü
söydü. Onun o təhqiri mənə toxundu. Həkimin qəbulundan çıxanda siqareti zibil
qutusuna atdım və özümə söz verdim ki, bir daha siqaret çəkməyəcəm. O,bu tərgitdim.
Getdim kəndə anam soruşdu ki,oğul, səndən nə əcəb tüstü çıxmır? Dedim ki, bir
rus qadınını sözü ilə tərgitdim.Dedi:” Oğul, bəs Azərbaycan qadının sözü ilə
niyə tərgitmədin?”

Dedim:” Ana o, sənə söydü məndə ona görə də tərgitdim.” Ondan sonra məni
pis vərdişdən xilas etdiyi üçün düz iki il həmin qadına hədiyyə apardım. Hələ
üstəlik bir neçə oglanlara siqaret çəkməyi tərgitdirmişəm. O oğlanlarda indi mənə
minnatdarlıqlarınıını bildirirlər.

21-22 yaşımdan vəzifədə olmuşam- baş mühasib işləmişəm. Çox əziyyət
çəkmişəm,heç kəsədə arzulamıram. Əziyyət çəkmişəmsədə o qədər korluq görməmişəm.
Təbiətcə çox kövrəyəm. İstəyirəm hamının həyatı dinc və firavan keçsin. Kollektivdə
800-ə yaxın iş yoldaşıyıq. Onların xidmətçisindən tutmuş müdirinədək kimsə,desə
ki,Sabir yaxşı adam deyil inanın ki,mən intihar edərəm. Anama kömək üçün tez evləndim
23yaşımda. Anam çox erkən 35 yaşında dul qalıbdır. Əziyyətnən bizi boya-başa
çatdırıb. Qardaşlarım və onların həyyat yoldaşlarına ilk gündən xəbərdarlıq
etmişəm ki, kim anama burdan dur orada otur desə o, gündən sizin mən adlı
qardaşınız yoxdur. Hansı övladının yanında bir gün belə qalsa anamı ziyarət
edib ehtiyyacını təmin etməyi özümə borc bilirəm. Bir gün belə onu nəzarətsiz
qoymuram. Bəlkədə Allah anama görə mənə çörək verir.



Müsahibimiz:  Azərbaycan Respublikası


Ərazilərinin Minalardan Təmizlənməsi üzrə


Milli Agentliyinin  Maliyyə Şöbənsinin Meneceri


və Baş mühasibi Sabir Səfərovdur

Mehriban Məmmədzadə




Əlaqədar Yazılar