Hitlerin şəxsi telefonu 243 min dollara satıldı
Amerikanın Çesapik-Siti şəhərində keçirilən auksion zamanı Adolf Hitlerə məxsus qırmızı telefon
243 min dollara
satılıb.
“Dünyanın ən zalım insanının milyonlarla günahsız insanı öldürmək üçün istifadə etdiyi instrument” adı ilə təqdim olunan telefonun alıcısı gizli qalıb.
Məlumata görə, telefon Berlində sovet hərçbiləri ilə görüşən britaniyalı siyasətçi Ralf Raynerə hədiyyə olunmuşdu.
Mehriban.M