“Həyat
paradoksdur…”
-Nəriman müəllim,necə yaşayırsınız,işləriniz
necədir?
Sağ olun qızım,pis deyil.Xalqımın da,dövlətimizində
şairə,sənətkara daimi qayğısını,diqqetini görürəm.Oğluma,qızıma baxıb sevinirəm.Biri
mənim atamdır,biri anam.Onlar mənim səadətimdir.Vaxtılə böyük
yazıçı,alim,pedaqoq,şəxsiyyər kimi əvəzsiz olan Mir Cəlal mənə atalıq
etmişdir.Bu barədə mətbuatda da dəfələrlə demişəm.
Mir Cəlalla
görüşüm,mənim taleyimlə görüşüm idi.
İndi
böyük əbidin oğlu akademik Arif Paşayevin yanındayam.Milli Aviasiya Akademiyasının rektorudur.Orada
kafedra müdiri işləyirəm.Kurturoloqiyadan,dünya mədəniyyəti tarixi və ədəbiyyatdan
mühazirələr oxuyuram.Arif müəllimin şəxsi təşəbbüsü və köməyilə”Kulturologiya”dərsliyi
də yazmışam.
-Nəriman müəllim, şerdən söhbət
getmişkən,şerlərinizin birində demişsiniz ki,”bu dünya bir nərdivandır.Qalxanda mehriban,enəndə nə
yamandı”.Çox məhşur nəğmədir. Sizin ömür nərdivanınızda qarşınıza sadəcə yaxşı
adamlar çıxıb,yoxsa?..
.
Nəriman müəllim,
şeri deməyə davam etdi…
Bu dünya nərdivandı.
Qalxanda
mehribandı,
Enəndə nə yamandı.
Görüşdük pillələrdə,
Yolun yarısında biz.
O qalxırdı bu dəmdə,
Mən enirdim xəbərsiz.
Onu arzularına
Qaldırıdı nərdivan,
Məni xatirələrə endirirdi.
Bu zaman,
birimiz-günçıxana,
birimiz-günbatana…
Qalxa bilməzdim daha,
Nə o güc, nə o taqət.
O da enə bilməzdi.
Haqlı-haqsız, vermişdi öz hökmünü təbiət.
Gərək ya düşməyəydi,
Bu görüş heç araya.
Ya o əvvəl gələydi,
Ya mən sonra dünyaya.
Həmişə,yeri
düşəndə demişəm ki,mənim qabağıma yaxşı adamlar çıxıb.Moskvada oxuduğum illərdə
böyük türk şairi Nazim Hikmətlə gr idi.Nazim Hikmətin yanına gedim-gəlirdik.
Böyük türk
şairinin xahişi ilə Bakıda mənə hələ ev də verdilər.O vaxt o küçə Bakıda
Krupskaya adlanırdı.Mərhum aktrisa Münəvvər Kələntərlinin iki otaq lı eviydi.Amma qapısı dəhlizə açılırdı.Orada
bir neçə il yaşadım.Sonralar Mir Cəlal müəllim Yazıçılar İttifaqından böyük
oğlunun adına aldığı evi mənə bağışladı.Bu,1965-ci il idi.O vaxtdan burada
yaşayıram.Tarixi evdi.Abidədi.Yadigardır.Bu evdə Mir Cəlalın ruhu var.
-Sizə təzə ev
bağışlayıblar.Yenədə orada qalmağa üstünlük verirsiniz?
Çox razıyam.Ora mənim üçün əzizdir.
-O hiss haradan gəlib sizə?
Elə bilirəm ,Mir Cəlalal
oradadır.Elə bilirəm, onun ruhu oradadır. Uzun illər sonra məni yenə Mir Cəlal
Paşayevin oğlu işə çağırdı.Bu gün də Arif müəllimin yanında işləyirəm.Arif müəllim
məndən üç yaş kiçik olmağına baxmayaraq, mənə atalıq edir.İnanın, səmimi deyirəm,o
bir mənə yox, Akademiyada işləyən bütün müəllimlərə atalıq edir.Mir Cəlall müəllim
də öz tələbələrinə elə idi,Arif müəllimdə elədir.Mən inanmıram ki,Mir Cəlal müəllimin
aspirantları,tələbələri, onun evinə gelməsinlər.Püstə xanım evində çörək yeməyəni
evindən yola salmazdı.Gəldin, çörək yeməlisən.
-“Ot kökü üstə bitər”.Balalarıda özlərinə oxşayib.
Inanın, mən ikinci belə bir ailə tanımıram.Mir Cəlal müəllim
deyirdi ki,iş axtarma, adam axtar.Adam da mən.Gedək!O gedən gəlib mən bura
çıxmışam.
-Nəriman müəllim, düşüncələr dənizindəki,mayakınız
kim olub?
-Mən Qazaxın Poylu kəndində dünyaya göz açmışam.Biz
orada gözümüzü açanda aşıq görmüşük.Bizim toylarımız aşıq məclısi olardı.Zurna
və sazdan ibarət idi.Zurna Koroğlunu yada salır,saz isə Dədə Qorquddan üzü bəri
gəlir.Əlbəttə ki,tar da,kaman da mənimkidir.
-Sazınız var?
-Bəli var.Bir iki hava da çala bilirəm. Yəni, xalq
yaradıcılığından,aşıq yaradıcılığından aşıq Ələsgərdir,Əsli və Kərəmdir,Koroğlu
dastanıdı.Bu dastanlarla böyüdüm.Və sonra əlbəttəki Səməd Vurğundur,Vaqifdir,
onların dilidir.Bu gün Azərbaycan xalqı Vaqifin dilində danışır.On səkkizinci əsrdə
yaşayan Vaqif bizə dil veribdir.Biz onun dilində danışırıq.Ruslar Puşkinin
dilində, danışır.Yunanlar Homernin dilində danışır.Sonra mən elə bilirəm ki,Səməd
Vurğunun dilində ,hətta patiyadan da,Ceyrananda, Muğandan da yazanda,hərəsində bir qoşma var Çox epik
böyük poyemalarda da qoşmalar gedir.Onlar hamısı əvəzsizdir.
-Bütün sevgi şerlərinizin səbəbkarı Sara
xanımdır,yoxsa?…
-Əlbəttə,həm də Sara xanımdır.Rəhmətlik bəzən küsərdi
məndən.Amma həmişə evdən çıxanda arxamca su tökürdü.
-Xoş xatirələrdən danışardınız?
-Bir gün oturub işləyirdim.Birdən dedi: Nəriman, gəl
gör nə gözəl diktor danışır.Gəldim ki,Ofeliya Sənani danışırdı.Gözəl
xanımdır.Doğurdan da xeyli baxdım.Dedi:nə
yaman çox baxdın.Dedim,özün çağırdın ki. Gəncədə bacım gildə qalırdım.Atamla
anamın arasında yaş fərqi çox idi.Ata bacılarım var idi.Ata bacım mənə o,vaxt
analıq edibdir.Sara da onun yoldaşının qardaşı qızı idi.Oda bacım gildə
qalırdı.İndi Sara ilə bir evdə qalırıq.O,yeddinci sinifdə oxuyurdu,mən isə
artıq institut tələbəsiydim.İkimiz evdə tək idik.Dedik, gedək görüşək.Görüşə
gedək (gülümsədi),evdə heç kim yoxdur, hara gedək görüşə. Çıxmışıq
vağzala,yolun o tərəfindən o gedir,bu tərəfindən də mən.Piyada getmişik düz şəhərəcən.Guya
bizi görüb tanıyarlar.Əvvəla tanıyan yoxdur,görən yoxdur.Çıxdıq Gəncə körpüsünün
üstünə,o tərəfdə o dayanır,bu tərəfdə isə mən, Çaya baxırıq.Guya biz görüşə
çıxmışıq.Bir məsəl də deyim sənə. “Nabat xalanın çörəyi”n də istifadə etmişəm.Gecə bacım yatır.Saat üçdü biz yatmırıq.İndi bir
evin içində bir-birimizə məktub yazırdıq..Kaş o,məktublar duraydı.Cırıb atırdıq
ki,birdən görən olar.Bacım oyanırdı,soruşurdu qardaş niyə yatmırsan?Deyirdim,
bacı, dərs oxuyuram.Hə,oxu!Baxırdı ki,Sara da yatmır.Qızım, niyə yatmırsan?Dərs
oxuyuram.Hə oxu! Səhərə yaxın yatırdıq.Mən çox
istəyirdim onu.O da məni istəyirdi.Gəncədə oxuduğum illərdə bir qız var idi,
xoşum gəlirdi.Dedim Sara, o qızdan yaman xoşum gəlir get gör nətəridir.Gedib gələrdi,deyirdi nəyini
sevirsən onu çirkin şeydi,üzündə nədir çil var.Qızları pisliyərdi mənə həmişə.
Hansı qızı nişan verirdimsə, pisləyirdi.
Demə, bu ürəyində məni istəyirmiş. Sonralar özü deyirdi. Mən Moskvaya oxumağa
gedəndə Gəncədə bacımgildə toyumuz oldu. Xəlillə (şair Xəlil Rza Ulutürk-red.)
Firəngiz də gəlmişdilər. Biz də Sara ilə Salyana Xəlilin toyuna getdik. Xəlil mənim
sağdışım oldu, mən də onun. Moskvadaydım. Tələbəydim. Burdan teleqram
vurdular ki, qızın olub. Teleqramı gizlətdim. Gənciydim də. Öz-özümə deyirdim:
“Niyə mənim qızım olsun? Gərək oğlum olaydı”. Üç gün sonra bu xəbəri birinci Hikmət
Ziyaya dedim. Məni danladı: “Niyə gizlədirsən? Sən atasan artıq”. Sonra Məmməd
Araz, Söhrab Tahir və bir neçə başqa dostumuz balaca məclis qurduq. Mənim ata
olmağımı qeyd etdik. Onda Hikmət qızımın adını qoydu “Yaraşıq”. Teleqram vurduq
ki, qızın adı Yaraşıq olsun. Sonra fikirləşdim, birdən yaraşıqlı olmaz, qıza
söz-zad deyərlər. Anamın
adını da vermədim. Onda belə baxırdım: anam hara, bu hara? Qızımın adını Xatirə
qoydum.
–
Oğul atası olanadək gənc atanın bu narazılığı, yəqin ki, ötüb-keçmişdi?
Hərəsinin öz yeri var. Oğlum qızımdan beş yaş kiçikdir. Oğlum Nazim də filoloqdur. Müdafiə
edib. Başqa sahədə işləyir.
İndi
görürəm, qızım anama oxşayır. Xasiyyəti, hərəkəti, müdrikliyi ilə eynən odur.
Deyirəm, gərək, qızıma anamın adını qoyaydım. O mənim anamdır. Qızım
konservatoriyada dərs deyir, baş müəllimdir. Hərdən mənə də dərs deyir.
-Məktubda nə yazırdınız?
Sevgi məsələsi idi,amma tamam ayrı-ayrı şeylərdi…Məsələn,
yazırdıq ki,filan zavod belədir,filan məktəb belədir.
-Bu nədən irəli gəlirdi?
Bilmirəm.O vaxt mən çox utancağ idim.Bir başqa detal
deyim sizə.İndi gəlmişəm Gəncəyə bacım gildə qalıram,bacım mənə iki kotlet,
yanında da kartof qızartmışdı.İndi kotletin birini yeyirdim,ikincisini
utanırdım yeməyə.Onu da deyim ki,kənd
uşaqları çox yeyən olur,doyunca yeməyə utanırdım.Bir az keçirdi xəlvəti düşürdüm bağa orada yaxşı” peraşki”
bişirirdilər.Oradan özümə beş” peraşki”
alıb yeyirdim.Doyandan sonra evə çıxırdım.Bu dəfələrlə təkrarlandı.Bir gün
qonşulardan biri məni
görüb bacıma demişdi.Yenədə çörəyimi doyunca yemədim,düşdüm
xəlvəti “peraşki” alanda bacım əlini
çiynimə vurub dedi:Dərdin alım, ay Nəriman, niyə evdə yemirsən?Bildi
ki,utanıram.İyirmi altı yaşından anam dul qaldı.Ərə getmədi. Atam da istəməyib
evlənsin,anamı bibim oğlu atama götürüb qaçıb.
İyirmi dörd yaşında altmış iki yaşlı kişi ilə ailə qurub.
Atam
dünyadan köçəndə mənim bir yaşım olub.
Dayıma baxanda,ana tərəfim imkanlı adamlar olubdurlar.Onları sürgün
ediblər,qardaşının birini güllələyiblər.O biriləri də qaçıblar. Anam kimsəsiz qalıb.İndi onların nəvələri
Qara Çöp dədirlər.
-Bu sənət aləminə,şeriyyata gəlməkdə yol
göstərəniniz kim olub?
Bir şeyi xatırladım sızə.Mən uşaq idim.Anamın əlinə
baxıb demişdilər ki,sənin bir oğlun olacaq.O da tanınmış, adam olacaq.Amma sənə
o,günü görmək nəsib olmayacaq.Elə də oldu.
Çox
qəribədir. Görünür, tale var. Ancaq bir gecə oyandım. “Ağlaram” adlı şeir
yazdım. Vidadiyə nəzirə idi
Bizim Bayram müəllimimiz var idi. Dedi ki,
bizim Səməd Vurğundan sonra Nəriman gəlir… Bircə şeirim çıxmışdı.. Şeirə sevgilərinə görə belə deyirdilər.Şairliyim
belə yarandı. Adamın ürəyini
sığallasan, dahi yetişər, başına qapaz vursan, istedadı da ölər. Anam qorxurdu: “Yazma, qadan alım”, —
deyirdi.
-Nəriman
müəllim,sizin şerlərinizdə həm hisslər rol oynayır,həm də müəyyən bir süjet xətti
olur.Sanki hər şey bir hekayətdir…Bu həqiqətdə
belədirmi?
Nəriman müəllim doluğsundu,kövrəldi.
Doğurdanda elədir.Mənim gözəl anam olub.Ona gözəl
deyəndə nədənsə inciyərdi.Deyirdim: ana, cavansan, niyə ərə getmədin.
Deyirdi ki,mənim sənin kimi öğlum var, neynirəm
əri.Onun əllərinə ağ əlcək yaraşardı.Amma anam çox zəhmətkeş idi.
Anam özü yemirdi məni yedizdirirdi.Bir gün evdə iki
qənd parçası qalmışdı.Anam mənə şirin çay hazırladı.Özü içmədi,dedim ana niyə sən
də içmirsən?Dedi: mən içsəm qəndimiz
qurtaracaq.
Anam özünün də, mənim də həyatımızın bütün sıxıntılarını, qayğılarını təkbaşına
çəkmək üçün çarpışırdı.Bir gün uşaqlarnan Kür qırağında oynayırdıq. Kür daşmışdı, mərc gəldik: “Görək, kim Kürü qırdırma keçəcək”. Anam
gəlib
üstümə çıxdı məni tutub əlində çubuq kürəyimə möhkəm vurub dedi:birdən Kür
aparar, bəs onda mən nə edərəm?Həmin gündən soruşdu.Oğul, kürəyin ağrıyırmı?Deyirdim:
yox.
Onun yuxudan nə vaxt durduğunu görməmişəm.Sübhdən oyaq olardı.Bu həqiqətdir
adam anadan yetim qalır.
— Moskva mühiti, ikinci dəfə tələbə
olmağınız həyatınıza nələr gətirdi?
Mən o institutu fərqlənmə diplomu ilə bitirmişəm. 1961-ci il idi. Gəldim Bakıya.
Adam kimsəsiz olanda, kim olursa-olsun, fərqi yoxdur. Yenə işsiz qaldım.
Piyada qalxmışam ,o pillələri,
Liftdə qalxanları görə-görə mən.
-Nəriman müəllimin bizim görmədiyimiz
daxili dünyasında daha nələri var?
Daxilimdə özüm görmədiyim çox şeylər var.
-Hal-hazırda ürəyinizdə işlədiyiniz nə
kimi yeniliklər bizləri gözləyir?
Ömür həm çox, həm də azdır. Demək istədiklərim bir ömrə sığmaz.
-Fəsillər
içərisində sizə ən çox sevdiyiniz, yaxın olanı hansıdır və nəyə görə?
Payızı çox sevirəm.Həyatım payıza oxşayır.
-Nəriman müəllim,sizinlə saatlarla söhbət
etmək,sizi saatlarla dinləmək olar.Sonda ürəyinizdən keçən hansı sual səslənmədi
və hansı sualın səslənməsini istərdiniz?
İşiniz uğur gətirsin!
Mehriban
Məmmədzadə
42-CiParalel.Az
