Search for:
  • Ana səhifə/
  • Sosial/
  • Azərbaycanda dövlət qeydiyyatdan keçməyən, normalara cavab verməyən məhsulların əksəriyyəti Çin istehsalıdır

Azərbaycanda dövlət qeydiyyatdan keçməyən, normalara cavab verməyən məhsulların əksəriyyəti Çin istehsalıdır

Paylaş:

“İkinci əl” paltarların gətirildiyi ölkənin adı açıqlanıb

“Avropadan Azərbaycana “ikinci əl” paltarlar əsasən Niderlanddan gətirilir”.


42-ciParalel.Az

-ın xəbərinə görə, Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib ki, bütün Avropa ölkələrindən geyimlər yığılaraq Niderlanddakı böyük bir paltar bazasında toplanır. Şöbə müdirinin sözlərinə görə, orada geyimlər üzərində müvafiq dezinfeksiya işləri aparılandan sonra onlar istifadəyə və satışa verilir: “Bu paltarlar nəinki Azərbaycan, hətta Avropanın istənilən inkişaf etmiş ölkələri, Yaxın Şərq, Asiya ölkələrinə də göndərilir. Azərbaycan gətirilən “ikinci əl” paltarlarına əvvəllər müfəttişlik tərəfindən nəzarət edilirdi. Lakin 2016-cı ildə Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na geyinilmiş paltarlar daxil edilməyib. Ona görə də hazırda bu geyimlərə Respublika Sanitariya-Karantin Müfəttişliyi tərəfindən nəzarət edilmir”.

N.Salehi əlavə edib ki, ölkədə dövlət qeydiyyatdan keçməyən və sanitar norma və qaydalarının tələblərinə cavab verməyən məhsulların əksəriyyəti Çin istehsalıdır.

Onun sözlərinə görə, 2016-cı il ərzində laboratoriya şöbəsinin həkimləri tərəfindən respublikadan ixrac olunan məhsullar üzrə 68 dozimetrik müayinə aparılıb.


Paylaş: