Qətər əmirləri 2022-ci ildə ölkələrində keçiriləcək dünya çempionatına hazırlıq üçün milyardlarla pul ayırıblar.
Sport7.az xəbər verir ki, stadionların və digər infrastrukturların inşası üçün həftədə 500 milyon dollar xərclənir.
Bu barədə Qətərin Maliyyə naziri Əl Şərif Əl Əmadi İngiltərə mətbuatına açıqlamasında deyib.
Əl Əmadi bildirib ki, eyni templə növbəti 4 il də davam edəcəklər.
Ümumilikdə dünya çempionatına hazırlıq üçün 200 milyard dollar xərclənəcək.
Xatırladaq ki, Qətər 2022-ci ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək hüququnu FİFA-nın 2010-cu ilin dekabrında Sürixdə keçirilən iclasında qazanıb. Mundialın oyunları Qətərin 7 şəhərində keçiriləcək
42-CiParalel.Az
Erebler bu yarisa 200 milyard dollar xercleyecek
