Azerbaycanda elektrik enerjisi istehsali artdi

2016-cı ildə Azərbaycanda elektrik stansiyaları 23,07 milyard kilovatt/saat elektrik enerjisi istehsal edib. Bu, 2015-ci ilin göstəricisindən 0,8 faiz çoxdur.

Bu barədə Axar.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə istehsal olunan elektrik enerjisinin ümumi həcmindən 22,05 milyard kilovatt/saatı əmtəə elektrik enerjisinin payına düşüb. Bu 2015-ci ildəki göstəricidən 1,1 faiz çoxdur.

2016-cı ildə istehsal olunan əmtəə elektrik enerjisinin ümumi həcmindən 20,06 milyard kilovatt/saatı istilik elektrik stansiyalarının payına düşüb. Bu 2015-ci ildəki göstəricidən 1 faiz azdır.

Ötən il su elektrik stansiyalarında 1,91 milyard kilovatt/saat elektrik enerjisi istehsal olunub. Bu da bir il əvvəlki göstəricidən 24,1 faiz çoxdur.

2016-cı ildə Azərbaycanda külək enerjisi generasiyası gücləri tərəfindən 17,8 milyon kilovatt/saat, günəş enerjisi generasiyası gücləri tərəfindən 66 milyon kilovatt/saat elektrik enerjisi istehsal olunub.

42-CiParalel.Az

Əlaqədar Yazılar