Şamil Aydın oğlu Bədəlov aldadaraq 42 min manat pulunu mənimsəyib.

2017-01-24T18:17 xeber – Binəqədi Beton Zavodunun direktoru bu müəssisənin sahibinə qarşı dələduzluq etməkdə ittiham olunur.

Sputnik Azərbaycan-ın Report-a istinadən verdiyi xəbərə görə, zavodun sahibi, 1959-cu il təvəllüdlü Nuşravan Cəlilov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, həmin müəsissədə direktor vəzifəsində işləyən 1969-cu il təvəllüdlü Şamil Aydın oğlu Bədəlov onu aldadaraq 42 min manat pulunu mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Cəlilov Azərbaycanın əməkdar mühəndisidir.

42-Ciparalel.Az

Əlaqədar Yazılar