Search for:
  • Ana səhifə/
  • Siyasət/
  • Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Paylaş:

Rusiya və Ermənistan XİN rəhbərləri

Sergey Lavrov

və Edvard Nalbandyan Moskvada keçirilən görüşdə  Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

42-CiParalel.Az

-ın xəbərinə görə, bu barədə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Lavrov və Nalbandyan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.

“Tərəflər Rusiya-Ermənistan müttəfiq münasibətlərinə dair məsələləri, iki ölkə rəhbərləri arasında əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər. Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, – deyə məlumatda bildirilir.

Tərəflər həmçinin aktual regional və beynəlxalq problemləri müzakirə ediblər.

Paylaş: