42-CiParalel
-ın xəbərinə görə, dövlət başçısı
20 Yanvar
faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.
Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri – baş nazir
Artur Rasizadə
, Milli Məclisin sədri
Oqtay Əsədov
, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev
, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 27-ci ildönümü ilə əlaqədar səhər saatlarından
20 Yanvar
şəhidlərinin məzarlarını ziyarət başlayıb.
