Maykl Ceksonun bacısı müsəlman oldu – fotolar
Bir neçə həftə əvvəl ana olan müğənni
Canet Cekson
islam dinini qəbul edib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ötən ilin son aylarında hicab geyinərkən görüntülənən Canetin müsəlman olduğu deyilsə də, xəbərlər əsasını tapmamışdı.
Lakin bir neçə gün əvvəl məlum olub ki, 2012-ci ildə müğənni ilə evlənən É™rəb biznesmen və milyarder Vissal-əl-Mana o vaxtdan bəri Caneti müsəlman olmağa dəvət edirmiş. Müğənni isə xristianlıqdan imtina etməsə də, açıq-saçıq libasları və tünd makiyajı azaldıb.
Mərhum müğənni
Maykl Cekson
un bacısı olan Canet bu yaxınlarda müsəlman olub.
Bu günlərdə onların yeni doğulan körpələrinin adqoyma mərasimi keçirilib. Uşağın qulağına Azan oxunub və iki qoyun qurban kəsilib.