Leyla Əliyevanın “Yeni İl” şeri


Leyla Əliyevanın “Yeni İl” şeirin təqdim edirik




Bayram görüşümüzü

Yaman gözləyirəm mən –

həyəcanla, təlaşla.

Bu ana hazırlaşıb

gizlətmişəm ürəyi

yastığımın altında.

Qəm-kədəri, qüssəni

qovmuşam uzaqlara…



Yeni il yolkasında

yandırdığım şamların

itirmişəm sayını…

Buxarı da çırtaçırt

yanır gur alovuyla…

Mənsə çox gözləyirəm

bayram görüşümüzü,

Qalıb gözüm yollarda.



Mən Yolkanın altına

hədiyyələr düzmüşəm.

Gecə yarı olmamış,

açasan hamısını…

İstərəm hamı üçün

sən bir Günəş olasan.

Bu şəfəqdən mənə də

kiçik pay ayırasan.



Sənə rəngli qablarda

hədiyyə düzəldəcəm;

Qapağını açanda

sanma ki, içi boşdur.

Qutuların hamısı

ən yaxın insanların

arzularıyla daşır…



Sən Yeni il gecəsi

Onları aç. Sevindir..!

Qoy nə arzu ediblər

həyata keçsin bir-bir.

Sonra isə xəlvətdə,

mənim də arzumu sor,

Bil ki, nədir istəyim,

nədir arzu-diləyim?



İstəyirəm hər kəsin

ulduzu lap gur yansın.

Mən səndən diləyəndə

zaman da diləklərə

ram olsun, həyan olsun.

Səni tələsdirərək

əqrəbləri qovmasın…



Mən çox istəyirəm ki,

ruhu təlaşlandıran

dalğalar quzu olsun.

Mənə bir hədiyyə ver,

lap xırda, həm də sadə. –

Qoy lap gülsünlər mənə

yaxın, doğma adamlar,

Bu xırda istəklərə…

İstədiyim odur ki,

gecə həmdəmim olan

mələk məni əfv etsin.

Ən böyük istəyimsə… –

Gur səslə deyim, eşit:

İstəyirəm əbədi

bəxtəvər olasan sən! –

Bu dünyada yaşayan

bütün insanlar üçün..!



Səninlə bu görüşü

yaman gözləyirəm, bil

Tez gəl, bizi sevindir

Yeni il, ay Yeni il !

Əlaqədar Yazılar