“Rossiya 24” telekanalı Azərbaycan prezidenti
İlham Əliyev
in ad günü münasibətilə onun insani və liderlik keyifiyyətlərindən bəhs edən xüsusi süjet hazırlayıb.
“42-ciparalel.az”
Virtualaz.org
-a istinadən xəbər verir ki, reportajda deyilir: “Bu gün Azərbaycan Prezidenti yubileyi münasibətilə təbrikləri qəbul edir, bu gün
İlham Əliyev
in 55 yaşı tamam olur. Ölkənin ali postuna o, 13 il əvvəl, atası
Heydər Əliyev
dən sonra seçilib. Bundan sonra Azərbaycan əhalisi ölkənin idarəetməsini iki dəfə ona həvalə edib”.
Süjetin müəllifləri qeyd edir: “Savadlı, intellektual, gözəl yumor hissi, işıqlı təbəssümə sahib Azərbaycan prezidenti
İlham Əliyev
in 55 yaşı olur. Bütün ölkə və Azərbaycan xalqına görə məsuliyyət
İlham Əliyev
in çiyinlərinə çox tez düşmüşdü. O, 42 yaşında prezident oldu və qismətinə ölkəni dizləri üstündən qaldırmaq, müstəqil Azərbaycanı qoruyub saxlamaq yazılmış atası
Heydər Əliyev
in kursunu uğurla davam etdirdi.
İlham Əliyev
inkişafı daha da sürətləndirdi, Azərbaycan müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirdi. Təkcə son 10 il ərzində ÜSM təxminən 2,5 dəfə artıb, investisiyaların həcmi 189 milyard dollar təşkil edib”.
Süjetdə “Vesti nedeli” verilişinin müəllifi və aparıcısı Dmitri Kiselyov deyib: ”
İlham Əliyev
möhkəm xarakterə malik, kamil şəxsiyyətdir. O, öz dövrünü elə qabaqlayıb ki, yeni nəsil siyasətçilərlə tam harmoniya təşkil edir”.
Məşhur azərbaycanlı və rusiyalı rejissor Yuli Qusman deyib: “Gənc Prezident
İlham Əliyev
in qarşısında böyük və ciddi çağırışlar dayanmışdı. Onun üçün ən əsası öz atası – böyük rəhbər
Heydər Əliyev
ə layiq olmaq idi. Bu gün o bütün bunları görsəydi, oğlu ilə qürur duyardı”.
Süjetdə deyilir ki, bütün fəaliyyət sahələrinə yeni baxış
İlham Əliyev
in kredosudur: “Bakı supermüasir şəhərə şevrilib. Bakıda qədimlik və müasirlik harmonik görünür.
İlham Əliyev
müstəqil xarici siyasət yeridir. O, Rusiyaya qarşı səmimiyyətini gizlətmir. Burada rus dilinə hörmət və sevgi ilə yanaşırlar”.
Süjetdə qeyd olunur ki,
İlham Əliyev
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib və bu ali təhsil müəssisəsinin əsl qürurudur.
1974-1984-cü illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun rektoru olmuş Nikolay Lebedev deyib: “Mən sizi 55 illik yubiley münasibətilə təbrik edirəm. “Beş” əla deməkdir, institutda təhsil aldığınız dövrdə mən sizə həmişə “beş” vermişəm. Siz bu qiyməti çiçəklənən dövlətin rəhbəri olaraq da əldə etmisiniz”.
Kiselyov deyib: ”
İlham Əliyev
də ən dəyərli və ən əziz olan qarşısına qoyduğu məqsədlərə çatmasıdır. Bu, həqiqətən də müstəqil Azərbaycandır, zəngin Azərbaycandır, qürurlu Azərbaycandır, sülhsevər Azərbaycandır”.
Yuli Qusman deyib: “Azərbaycan doğru yoldadır və çox yaxşıdır ki, ölkəni bu yolda layiqli lider və Prezident
İlham Əliyev
aparır.
Ad gününüz mübarək!”
