Azərbaycan Dəmir Yolları” QSC Mərkəzi Dəmiryol Xəstəxanasının boşaldılması ilə bağlı məlumatlara reaksiya verib.
“42-ciparalel.az”ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nadir Əzməmmədov
Modern.az
-a deyib ki, yayılan məlumatlar reallığı əks etdirmir: “Bir müddət əvvəl xəstəxananın özəlləşdirilməsilə bağlı sərəncam verildi. Daha sonra isə həmin sərəncam ləğv edildi. Ona görə də xəstəxananın boşaldılmasından söhbət getmir. Heç bir həkim, yaxud digər işçilər işindən çıxarılmayıb. Hər kəs öz işinin başındadır”.
Xatırladaq ki, bu gün yayılan məlumatlarda bildirilib ki, sədr Cavid Qurbanov Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən Mərkəzi Dəmiryol Xəstəxanasını boşaltdırır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi ilə bağlı 19 iyul 2016-cı il tarixli Fərmanına əsasən
Nazirlər Kabineti
özəlləşdirilməyə açılan qeyri-profil dövlət müəssisəsi və obyektinin siyahısını təsdiqləyib.
Nazirlər Kabineti
nin müvafiq Sərəncamı ilə təsdiqlənən siyahıya ümumilikdə 25 dövlət idarə və təşkilatının tabeliyində olan 137 dövlət əmlakı daxildir.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu əmlaklarla yanaşı, dövlət başçısının adıçəkilən Fərmanının 1.1.1-ci bəndi ilə müəyyən olunmuş siyahıya daxil olmayan və Fərmanın 4.2-ci bəndinə əsasən 215 dövlət müəssisə və obyekti də özəlləşdirilməyə açıq elan olunub.
Bununla da, ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb. Bu müəssisələrin siyahısı
Əmlak Məsələləri Dövlət Komitəsi
nin rəsmi internet resursu və privatization.az özəlləşdirmə portalında yerləşdirilib.
Qeyd edək ki, siyahıda Bakı Dəmir Yolu Xəstəxanasının da adı var idi.
