Uşaqlar dünyanın bəzəyidir


Uşaqlar bizim hər
birimizin xoşbəxtliyi, sevinci, bu günü və gələcəyidir. Bir körpə gülüşündə
dünyanın bütün xoşbəxtliyi yaşayır. Nə qədər kədərli, qəmli olsaq belə yenə də
fidan balalarımızın məsum çöhrəsindəki şirin gülüşləri bizi bir anlıqda olsun
sevindirir, qaranlıq dünyamıza kiçik günəşləri ilə nur çiləyirlər. Bu deyilmi
dünyanın xoşbəxtliyi, səadəti? Bu deyilmi ailələrin bəzəyi, ata-ananın arxası,
dayağı?



Insanlığın yaşadığı bu həyat körpə
gülüşündən başlanır. Ağ vərəq tək saf olan körpə şürunda ən məsum duyğular,
düşüncələr əks olunub. Üzərində yaşadığımız dünyanın gözəllikləri, günahsızlığı
canlanır onların gözlərində. Bu məsumluqlar bizim səadətimizə, xoşbəxtliyimizə
çevrilir zaman-zaman.


Bahara gözəllik verən onun
təravəti, çiçəkləri, güllərinin ətridirsə insan ömrünü mənalandıran isə körpələrimiz,uşaqlarımızdır.
Atalarımız əbəs yerə deməyib:”uşaqsız ev,susuz dəyirmana bənzəyir”.

Əlaqədar Yazılar