Əhməd Əhmədzadə ölkənin starteji sahələrindən birinə rəhbərlik
etməsinə baxmayaraq, onun haqqında olduqca pis xəbərlərə tez-tez rast gəlirik. Dövlət
Müstəqilliyi Haqda Konstitusiya aktının əleyhinə səs verən «su şefi» adı ilə
tanınan nazir
hər il dövlət büdcəsindən
milyonlarla ayrılan pulu hara xərcləyir?
Belə ki, onun rəhbərlik etdiyi sahədə
durum acınacaqlıdır. Bunu rayonlarımızda baş verən bir az təbii, bir az da
qeyri-təbii fəlakətlər çox açıq şəkildə sübuta yetirir.
Onu da qeyd etmek lazımdır ki, bu qurum büdcədə nəzərdə tutulduğundan əlavə
il ərzində Prezidentin ehtiyat fondundan da maliyyə ala bilir.
Lakin bütün bunlara baxmayaraq vəzifədə olduğu 10 illik müddət ərzində bu
sahəyə ayrılan vəsaitlərin yetərli hissəsi ilə özünə biznes qurub, maliyyə
imkanlarını artırıb. Belə ki, Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə atasının
sayəsində gənc yaşında biznes imperiyasının sahibinə çevrilib. Araşdırmalarımızdan
aydın oldu ki,
Qax, Zaqatala və Balakən rayonlarında
möhkəmlənən Əhmədzadələr bu regionda müxtəlif turizim obyektlərinə, otellərə,
restoranlara və çoxlu sayda müxtəlif sahəli obyektlərə sahibdirlər. Adı çəkilən
rayonlardakı bütün biznesa sahələri, obyektlər, otellər və tikilməkdə olan
mağazalar Cuma Əhmədzadənin adına olan “Uluyurd” MMC şirkətinin nəzdində və nəzarətindədir.
Qeyd edək ki, hazırda Qax rayonunda olan “El Resort beş ulduzlu otel, “Yaşıl
park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz” ” Eden” park hotel, “Səngər
qala” istirahət mərkəzləri, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu”
ponteonatı və “Ulu Dağ” turizm mərkəzləri Cuma Əhmədzadəyə məxsusdur.
Qeyd etmək lazımdır ki, Cuma Əhmədzadənin biznesi bununla bitmir. Onun
xaricdə- İngiltərə və Çexiyada 2 şirkəti – “ALPS s.r.o.”, “GYUNEL LİMİTED” fəaliyyət
göstərir.
Bunlardan başqa nazir əlindəki imkanlardan istifadə edərək öz yaxın
qohumlarını da müxtəlif vəzifələrə yerləşdirib. Belə ki, yuxarıda qeyd etdiyimiz
rayonlara məhz onun ən yaxın qohumları
başçılıq edir. Zaqatala rayonu onun Kipirdə qurduğu bizneslə tanınan qardaşı
Mübariz Əhmədzadənin nəzarəti altındadır.
Bir sözlə desək fəaliyyət göstərdiyi
«Meliorasiya və Su Təsərrüfatı» ASC
bu 10 ildə Əhməd Əhmədzadəni və onun yaxın qohumlarını biznesmenə
çevirib.
Bildiyimiz kimi bir neçə qurum və təşkilatlar ləğv olunmaqdadır. Ləğvi
gözlənilən qurumlardan biri də «Meliorasiya və Su Təsərrüfatı» ASC-dir.
Son vaxtlar internetde yayılan bu xəbər Yəqin ki Əhmədzadələr üçün üzücü
xəbər olmaz…. Çünki sabahını düşünərərk nazir bu gün özü üçün böyük biznes
şirkəti qurmuşdur. Adlarının çoxunu qeyd etmədiyimiz bu şirkətlər Əhmədzadələr
üçün böyük dayaqdır.
