Azərbaycanın qədim dövlətçilik və mədəniyyət mərkəzi olan Şamaxı
tariximizdə silinməz izlər qoyan dahi şəxsiyyətlər məkanıdır.
Əsrlərlə Şirvanşahlar dövlətinin paytaxtı olan, Şərqin ən abad və inkişaf
etmiş şəhərləri sırasında yer alan Şamaxı dəfələrlə dağıdıcı zəlzələlərin
qurbanı olsada ayaqda durmağı hər zaman bacarıb, dövlət rəhbərliyini qayğısı ilə
yenidən qurularaq öz əvvəlki şan-şöhrətinə sahib olub.
Bəli, dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafını
yaxşılaşdırmaq üçün sərəncamlar verilir, dinamik
inkişafı təmin etmək üçün xüsusi dövlət
proqramları qəbul olunur, büdcədən milyonlarla manat pul vəsaiti ayrılır. Bu
sahədə
Şamaxı rayonununda payına böyük vəsait
ayrılmışdır.
Bu gün demək olar ki, ölkəmizin mühüm kənd təsərrüfatı mərkəzlərindən
biri olan, zəngin turizim imkanların malik Şamaxı müasir tələblərə cavab verən
iqtisadiyyata, sosial inkişafa nail olmaq üçün sürətli inkişaf yolunda
addımlayır. Əlbəttə ki,
rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin
göstərişi
və diqqəti altında. Rayona daxil olanda yeni bir görkəmlə üz-üzə gəlirsən.
Yollar yenidən salınmış, küçələr abadlaşmış, dekorativ
ağaclar və gül kolları əkilərək yaşıllıq
zolaqları genişlənmiş
hər tərəf müasirlik
və yeniliyi əks etdirmişdi. Əlbəttə ki, öz tarixi keçmışını özündə əks etdirməklə
yanaşı.
Hal-hazırda rayon icməli su ilə təmin olunub və konalizasiya sistemi cəkilib.
Şamaxıda sosial obyektlerin ,kücələrin
işiqlandırılması, hərəkətin təhlükəsizliyi
istiqamətindədə böyük işlər aparılıb.
Asif Ağayev hər həftə vətəndaşları qəbul edir, onların problemləri ilə
yaxından tanış olur şikayətlərin həlli üçün göstərişlər verir.
Eyni zamanda rayonda işsizlik probleminin
aradan qaldırılması, əhalinin rayondan axımının qarşısın almaq istiqamətində də
bir neçə lahiyələr həyata keçirilir.
Rayonun tərəqqisini əks etdirən
tikinti
quruculuq işlərinin geniş
vüsət alması mədəniyyətin, turizimin, idmanın eyni zamanda təhsilin inkişafı
yolunda aparılan abadlıq, yenidən qurma işləri bütün şamaxılıların razılığının
göstəricisidir. Onlar həyata keçirilən uğurları dəstəkləyir, rayon rəhbərliyindən
razılıq edirlər.
Qeyd etdiyimiz kimi, Şamaxı rayonu əlverişli və münbit torpaqları ilə zəngin
olduğu üçün kənd təsərrüfatı üçün yararlı zonadır. Bunun üçündə Asif Ağayev kənd
təsərrüfatının inkişafına mühüm qayğı göstərir. Həmçinin rayonda üzümçülüyün inkişafı olduqca yüksəkdir.
Eyni zamanda icra başçısı kənd məktəblərinin dam örtüklərinin yenilənməsi
yolunda apardığı işlərdə diqqətimizdən kənarda deyil.
Biz
42-ciparalel.az
saytının əməkdaşları olaraq istəyirik ki,
bütün bölgələrimiz
Şamaxı kimi öz
iqtisadi inkişaf yolunda irəliləsin və hər bir rayonumuzun icra başçısı dövlət
rəhbərliyinin onlara göstərdiyi inam və etimadı doğrultsun. Bizlərdə hər zaman
onların həyata keçirdiyi uğurlu işləri görək
siz oxuculara təqdim edək.






