Bərdəlilər spikerin deputata qarşı bu hərəkətinə laqeyid yanaşmayacaqlarını bildiriblər.
“42-ciparalel.az” Politika.az-a istinadən xəbər verir ki, spikerin deputatın sözünü kəsərək, onu «səviyyəsizlikdə» ittiham etməsi Bərdə camaatının ürəyincə olmayıb. “Onlar düşünürlər ki, belə bir addımın atılması 200 min əhalisi olan Bərdə üçün təhqirdir”.
Saytın camaata istinadən yazdığına görə, onların Zahid Oruca səs vermələrinə səbəb parlamentdə camaatın dərdini qaldırmasıdır. “Onlar Bərdə və bərdəlilərin səsinin Milli Məclisdə kəsilməsi, heç də yaxşı hal kimi qiymətləndirilməyiblər. Camaatın məntiqinə görə, spiker bununla təkcə Zahid Orucu deyil, onun timsalında bütün bərdəlilər təhqir edib. Bu səbəbdən də deputatlarını qorumaq üçün bəzi addımlar atmağa hazırlaşırlar”.
Həmin addımlardan biri spikeri məhkəməyə verməkdən ibarətdir. “Bununla paralel olaraq Prezidentə müraciət ediləcək. Əgər ciddi zərurət yaranarsa, parlamentin binası qarşısında etiraz aksiyaları təşkil olunacaq».
