Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.
“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar”.
Məsələ ilə bağlı mərkəzdən əvvəlcə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, – deyə mərkəzin baş həkiminin katibəsi bildirdi.
Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”.
