Tovuz rayonunun girəcəyində yerləşən bayraq meydanı özünün dəhşətli görkəmi ilə uzaqdan adamda rayon və rayon rəhbərliyi haqqında heç də xoş olmayan təəssuratlar yaradır. Şəkildən də gördüyünüz kimi Bayraq meydanı tamamilə xaraba haldadır. Heç inkişaf edən gundən-gunə gözəlləşən Azərbaycana yaraşmayan bir görüntüdür bu….
Tovuzdan AzMedia.info-ya göndərilən bu bayraq göstərir ki, 78 yaşlı icra başçısının demək olar ki, rayondan xəbəri yoxdur. Hər il Tovuzun abadlıq işlərinə külli miqdarda vəsaitlər sərf olunsa da, gördüyümüz kimi Azərbaycanın hər yerində dövlətimizin simvolu olaraq yaradılan bayraq meydanının ürək ağrıdan vəziyyətdədir. Qəribədir ki, icra başçısı Tofiq Zeynalov hər gün məhz xarababazara çevrilən bayraq meydanının yanından keçib evinə gedir. Görünür həddindən artıq yaşlanan icra başçısı o Bayraq Meydanının halını görə bilmir.
Qeyd edək ki, son zamanlar Tovuzun icra başçısı Tofiq Zeynalovun səhhətinin ağır olması ilə bağlı məlumatlar yayılır. İcra başçısı isə israrla bu məlumatların yalan olduğunu desə də ortadakı faktlar tamamilə başqa şeylər deyir.
Onu da xatırladaq ki, ötən il Tovuzun adalaşdırılması üçün dövlət büdcəsindən yarım milyondan artıq vəsait ayrılıb. İki yüz min manatdan artıq vəsait məhz abadlıq işlərinə daxili büdcədən yönləndirilib. Lakin ortada olan durumda bəllidir. Yəni faktiki olaraq Tovuz sürətlə xarabaya çevrilir. Yaşlı və xəstə icra başçısı isə öz halında olduğu üçün belə görünür ki, Tovuzun halı onu heç maraqlandırmırda.
Lakin maraqlı orasındadır ki, ötən il Tovuzun abadlığı üçün ayrılan 700 min manatdan artıq vəsaitin taleyindən 78 yaşlı icra başçısının xəbəri varmı? Yəni o vəsaitləri mənimsəyənlər icra başçısının payını verməyi unutmayıblar ki?
Qarşı tərəfində fikirlərin yazmağa hazırıq….

