Əlimizdə olan məlumata əsasən bildirmək istrəyirik ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının bu ilki Ramazan ayı ilə bağlı fətvasında deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 7 iyun 2016-cı ilə təsadüf edir.
Ayın göründüyü andan etibarən İslam dininin vacib əməllərindən sayılan orucluq ibadəti başlayır.
Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib.
Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i – iyulun 6-na təsadüf edəcək.
