9 MAY QELEBE GÜNÜ



9 MAY QELEBE GÜNÜ



9 may Azərbaycanda faşizim üzərində Qələbə Günü kimi
qeyd olunur.


Bəli, XX əsrdə




İkinci dünya
müharibəsi (1939-1945) bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü
kimi yadda qalmışdır. Kiçikdən böyüyə qədər o illərin dəhşətini şahidlərdən
eşidərək yaddaşında nəsildən nəsilə ötürməkdədir. SSRİ dövründə yaşamış
insanların zehnində isə bu məqam xüsusilə özünəməxsus bir yer tutur. Məktəb
vaxtlarında dərsliklərdən oxuduğumuz və yaxud müharibənin dəhşətlərini yaşamış
insanlardan eşitdiklərimiz bir ömür xatirimizdən silinməyəcək.



İKİNCİ DÜNYA MÜHARİBƏSİ(1941-1945) eləcədə Azərbaycan xalqı üçün də unudulmaz illər, yaddan çıxmayacaq
xatirələr qoymuşdur.


Həmin


illərdə Azərbaycan xalqı həm
cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri
göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124
özünümüdafiə dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycanlı
oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən
mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və
zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə

Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov,
Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev,
Ziya Bünyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar
Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov

və bir
çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər
yazıblar


.




Respublika iqtisadiyyatının
cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görülüb. Yüngül və yeyinti sənayeləri
cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm cəbhəxanasına
(arsenal) çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla
çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər


.Bir
sözlə demək olar ki,


Bakı nefti faşizm üzərində
qələbə qazanılmasında əsas amiliərdən biri


idi


. Bunu demək kifayətdir
ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini
ilə işləyirdi. İkinci Dünya müharibəsi


Azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli
olmasını bir daha sübut etdi.



O qələbədə böyük
şücayət göstərən




Sovet
İttifaqı




qəhrəmanlarımız:




Abbas Quliyev (I)
(1945)





Adil Quliyev
(1945)





Ağaşirin Cəfərov
(1943)





Aslan Vəzirov
(1945)





Bahəddin Mirzəyev
(1945)





Bəkir Mustafayev
(1944)





Cəmil Əhmədov
(1945 ölümündən sonra)





Əlif Piriyev
(1945)





Əmi Məmmədov (1944
ölümündən sonra)





Əvəz Verdiyev
(1944)





Faris Səfərov
(1944)





Gəray Əsədov (1945
ölümündən sonra)





Həbibulla Hüseynov
(1945 ölümündən sonra)





Həzi Aslanov
(1942), (1991 ölümündən sonra)





İdris Süleymanov
(1942)





İsmayıl Bayramov
(1945 ölümündən sonra)





İsrafil Məmmədov
(1941)





Mehdi Hüseynzadə
(1957 ölümündən sonra)





Mehdi Quliyev
(1943)





Məhərrəm Dadaşov
(1945 ölümündən sonra)





Məlik Məhərrəmov
(1943)





Məmiş Abdullayev
(1945 ölümündən sonra)





Məmməd Məhərrəmov
(1944)





Məmməd Məmmədov
(I) (1945 ölümündən sonra)





Mərdan Musayev
(1944)





Məstan Əliyev
(1945 ölümündən sonra)





Mikayıl Əkbərov
(1943 ölümündən sonra)





Mirzə Cəbiyev
(1943)





Mirzə Vəliyev
(1945 ölümündən sonra)





Müseyib
Allahverdiyev (1945)





Müseyib Bağırov
(1944)





Nəcəfqulu Rəfiyev
(1944)





Qafur Məmmədov
(1943 ölümündən sonra)





Qəzənfər Əkbərov
(1944 ölümündən sonra)





Səlahəddin Kazımov
(1943)





Səməd Abdullayev
(1943)





Şəmsulla Əliyev
(1944 ölümündən sonra)





Şirin Şükürov
(1945)





Xəlil Məmmədov
(1945)





Xıdır Mustafayev
(1944)





Yusif Sadıxov
(1945)





Ziya Bünyadov
(1945)


Əlaqədar Yazılar