“Tezliklə Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə prezidentlər
İlham Əliyev
və
Həsən Ruhani
nin Tehran görüşündəki razılaşmaların icrası məsələsi müzakirə olunacaq”.
Bunu
APA
-nın İran bürosunun sualına cavabında İran
Xarici İşlər Nazirliyi
nin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. Həftəlik brifinqdə çıxış edən H. C. Ənsari bildirib ki, əməkdaşlığın xüsusilə ticarət və iqtisadiyyat sahələrində gücləndirilməsinə önəm verilir. O qeyd edib ki, Azərbaycan və İran prezidentlərinin Tehrandakı razılaşmalarının icrası iki ölkənin bir-biri ilə əlaqələrinin daha da inkişafı ilə yanaşı, həm də digər qonşu ölkələrlə əlaqələrin inkişafına təkan verəcək: “Prezident
İlham Əliyev
in Tehrana səfərinin iki dost və qardaş ölkə arasında əməkdaşlığın inkişafına böyük təsiri olacaq”.
H. Cabiri Ənsari Azərbaycanın iranlılar üçün viza rejimini ləğv edib-etməyəcəyi barədə suala cavabında deyib ki, Azərbaycan tərəfinin hələlik belə bir fikri yoxdur: “Bu haqda yeni məlumat olarsa, elan edəcəyik”.
Suriya
da atəşkəsin pozulmasına toxunan sözçü buna bəzi terrorçu qrupların yol verdiyini söyləyib: “Bu, ondan irəli gəlir ki, atəşkəsin pozulması həmin qrupların mənafeyinə uyğundur.
Suriya
da rolu olan ölkələrdən tələb edirik ki, necə ki, sülhlə bağlı razılığa gəliblər, əməldə də sülhün icrasına yardım etsinlər”.
H. Cabiri Ənsari İranın
Suriya
və
İraq
da hərbi iştirakına dair suala cavabında bildirib ki, İran bu iki ölkə ilə daim məsləhətləşmələr aparır və atılan addımlar həmin ölkə hökumətlərinin istəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, İranın bu ölkələrlə məsləhətləşmələri davam etdirməsi böhranın durumundan və həm onların, həm də İranın istəyindən asılıdır.
