QARABAĞDA YAŞAMIŞ ERMƏNİLƏR BU GÜN DƏ İSTƏYİRLƏR Kİ, AZƏRBAYCANLILARLA BİRGƏ YAŞASINLAR


Müsahibimiz Şuşa İcra Hakimiyyətinin


Başçısı, Qarabağ icmanın sədri Bayram Səfərovdur


– Bayram müəllim, Şuşa icra hakimiyyətinin başçısı
kimi bu şəhərdən olan vətəndaşların problemlərinin həlli ilə bağlı nə kimi işlər
görürsünüz?

Respublikamızda
bu gün abadlıq, tikinti, quruculuq işləri yüksək sürətlə gedir. Təhsilə, mədəniyyətə
və sənətə cənab prezidentimizin necə yüksək səviyyədə qayğı və diqqət göstərməsi
göz önündədir. Biz də qanuna müvafiq olaraq üzərimizə düşən bütün vəzifələri can-başla
yerinə yetirməyə çalışırıq.



Şuşa işğal
altındadır

,

işğal altında olan şəhərin
icra hakimi kimi özünüzü necə hiss edirsiniz?

Çox pis,
hər gün istəyirəm kı, doğma vətənimə qayıdım, Şuşamda olum və Şuşamda işləyim.


– Ölkədə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin
həlli istiqamətində kompleks tədbirlər görülür. Şuşa şəhərindən olan vətəndaşlarımız
bunlardan hansı səviyyədə yararlanır?

Bütün rayonlardan olan məcburi köçkünlər və qaçqınlar
üçün dövlət proqramı var. Həmin dövlət proqramına uyğun olaraq Azərbaycan Respublikasının
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən qaçqın
və məcburi köçkünlər mənzil ilə təmin olunurlar. Ümumiyyətlə, Dağlıq Qarabağın məcburi
köçkün düşmüş əhalisinə göstərilən diqqət və qayğı həmişə Şuşa rayonunun əhalisini
də əhatə edir. Biz dövlətimiz tərəfindən məcburi köçkünlərə göstərilən diqqət və
qayğıdan çox razıyıq və buna görə də dövlətimizə, onu idarə edən hökumətə təşəkkürümüzü
bildiririk. Ulu Öndər tərəfindən yaradılmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi bu gün qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılmasından
tutmuş, kommunal xərclərinin ödənilməsinə, məktəb, bağça, kitabxana və tibb müəssisələrinə
olan ehtiyaclarına qədər bütün tələbatlarını yüksək səviyyədə təmin edir. Bununla
belə, hər ay müntəzəm olaraq eşidirik ki, məcburi köçkünlər üçün yeni iş yerləri
açırlar. Belə tədbirlər eyni zamanda bütün məcburi köçkünlər kimi Şuşa əhalisini
də əhatə edir.


– Siz həm də
Dağlıq Qarabağ İcmasının rəhbərisiniz. Necə düşünürsünüz, münaqişənin həllinin uzanmasının
səbəbi nədir?

Bilirsiniz, münaqişənin uzanmasının əsas səbəbkarı
bu günki halda Ermənistan Respublikasının rəhbərliyidir. Onlar bilərəkdən münaqişənin
həllini uzadırlar. Çünki hazırkı status-kvo Ermənistan tərəfini qane edir. Amma
mən deyərdim ki, münaqişənin həllinə təsir göstərə bilən güclü dövlətlər də var.
Onların da bu münaqişəyə təsir qüvvələri zəifdir. Mən bilirəm ki, ermənilərin də
içində bizimlə dostluq şəraitində yaşamaq istəyən sadə adamlar var, lakin erməni
hakimiyyəti bu istəklərə məhəl qoymur. Hər il yüz min Ermənistan əhalisi öz ölkəsini
tərk edərək yaşamaq üçün başqa ölkələri seçirlər. Bunun səbəbi isə ondan ibarətdir
ki, Ermənistanda əhalinin yaşayış səviyyəsi çox aşağıdır. Orada əhalinin yaşayış
səviyyəsi Azərbaycanla müqayisə olunmaz dərəcədə aşağıdır, bunu həm statistika,
həm də elə Ermənistan əhalisi və hökumətinin özü də təsdiqləyir. Nə Dağlıq Qarabağda,
nə də Ermənistanda hökumətin göstərdiyi statistika qədər erməni yaşamır. Mən sizi
inandırım ki, xain düşmənlərimiz hazırda çörək tapmırlar. Əslində, onların çoxu
istəyir ki, azərbaycanlılarla birgə yaşasın. Bəli, orada da sadə ermənilər var.
Məsələn,

Qarabağda yaşamış ermənilər bu gün
də istəyirlər ki, azərbaycanlılarla birgə yaşasınlar.

Çünki, onlar həmişə biz
tərəfdən yaxşılıqdan başqa heç nə görməyiblər. Onları müəyyən qüvvələr zorla yoldan
çıxartdı, zəif nöqtələrindən istifadə etdilər. O zamanlar 1988-1992-ci illər tamam
başqa dövr idi. O zamanki rəhbərlik də başqa idi. İndi Azərbaycanın Ali Baş komandanı,
möhtərəm prezidentimizin apardığı işlər xarici, istərsə və daxili siyasət bütün
dünya ictimaiyyəti tərəfindən qəbul edilir. Hamı istəyir ki, Azərbaycanla qardaşlıq,
əməkdaşlıq etsin. Mən bir qarabağlı kimi bilirəm ki, ayrılıqda götürülmüş şəkildə
Qarabağın hansı iqtisadiyyatı ola bilər ki? Demək olar ki, Qarabağın Azərbaycansız
– istər müstəqil, istərsə də Ermənistanın tərkibində – yaşaması iqtisadi baxımdan
da mümkünsüzdür. Burada onlar üçün bizsiz yaşamaq çox çətin olar. Hazırda Ermənistanın
öz əhalisi zülm içərisində yaşayır, belə bir dövlət əlavə olaraq Dağlıq Qarabağı
necə saxlaya bilər? Yəni erməni dövləti oranın təminatını ödəyə bilməz. Çünki, onların
bütün sərhəd yolları bağlı, nə Azərbaycanla, nə də Türkiyə ilə münasibətləri yoxdur,
iqtisadi blokadadadırlar, kifayət qədərdə çətinlikləri var. Ona görə də Ermənistan
iqtisadiyyatdan məhrumdur. Bəllidir ki, Ermənistanın özündən və Dağlıq Qarabağdan
ermənilərin Rusiyaya, Avropa dövlətlərinə və Amerikaya köçü sürətlənməkdədir. Onlar
yaşayış üçün seçdikləri ölkələrdə özlərini məzlum, əzilmiş xalq kimi göstərirlər
ki, həm onlara sığınacaq versinlər, həm də bizə qarşı əks-təbliğat aparsınlar. Erməni
gənclər isə doğru olaraq düşünürlər ki, biz nə vaxtsa öz torpaqlarımıza qayıdacağıq
və bu onlar üçün ciddi problemlər yarada bilər. Bu səbəbdən gənclər də Ermənistanı
tərk edir.


– Yetişməkdə
olan gənc şuşalılar nə zamansa o doğma torpaqlarında firavan yaşaya biləcəklərmi?

Bilirsiniz, bizim qarşıda görüləsi çox işlərimiz
var, bu hamımızdan asılı olan işdir. Amma mən ümid edirəm ki, möhtərəm prezidentimizin
siyasətin nəticəsi olaraq torpaqlarımızı azad edəcəyik. Azərbaycan Ordusu nəyinki
təkcə Dağlıq Qarabağı azad etmək, hətta bütün Ermənistanı da almaq iqtidarındadır.
Bu qüdrətli ordunun şəxsi heyyətini təşkil edən əsgərlər də Azərbaycan gənclərindən
ibarətdir. Ancaq cənab prezidentimiz sülh yolunu seçib. Sülh danışıqları zamanı
isə Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayıb və heç vaxt
da olmayacaq. Yəni Azərbaycanın ərazi bütövlüyündən söhbət gedə bilməz, Azərbaycanın
üç rəngli bayrağı hansı yolla olur-olsun, gec-tez Şuşada və Xankəndində dalğalanacaqdır.
Möhtərəm prezidentimizin sözü ilə desək, biz bir metr də olsa torpağımızı heç kimə
güzəştə getməyəcəyik. Bizim torpaqlar mütləq azad olunmalıdır və biz torpaqlarımızı
azad edəcəyik. Mən inanıram ki, möhtərəm prezidentimizin hər hansı bir çağırışı
ilə, xalq ayağa qalxıb torpaqlarını azad edə bilər. Xalq da, müasir gənclik də vətənini
çox sevir, doğma torpaqlarımıza qayıtmağı çox istəyirlər. Mən sizi inandırım ki,
möhtərəm prezidentimizin çağırışı istər gənc nəsli, istərsə də yaşlı nəsil ayağa
qalxmağa qadirdir, xalq öz torpaqlarını azad etməyə hazırdır, Ali Baş komandanın
əmrini gözləyir.


– Şuşada Azərbaycanın
tarixinə, mədəniyyətinə və digər sahələrinə töhfə verən dahi sənətkarlar yetişib.
Bu insanların yubileyləri hansı səviyyədə təşkil olunur?

Onların hamısının
yubileyi mütəmadi olaraq yüksək səviyyədə
keçirilir. Şuşa Azərbaycan mədəniyyətinə çoxlu dahilər bəxş edib. Bəli, Azərbaycan
mədəniyyəti ilə Şuşanın adı bərabər çəkilir. Biz mütəmadi olaraq bütün dahi şəxsiyyətlərin,
mədəniyyət xadimlərinin, şairlərimizin, bəstəkarlarımızın hamısının yubileyi keçirilik.
Hətta, bir çoxları indi adi dövlət səviyyəsində də anılır. Bu yaxınlarda Şuşa mədəniyyəti
şuşalılardan ibarət qruppa ilə Macarıstanda bir folklor festivalında təmsil edilib.
Şuşalı uşaqlar da orada iştirak ediblər.





Şuşadan




çox




yanıqlı




danışırsınız


,


bu




da




təbiidir


,


hamımızın




yaralı




yeridir


.


Şuşaya




qayıdanda




ilk




addımınız









olacaq


?

İlk növbədə atamın, anamın qəbrini ziyarət edəcəm. Mənim bu gün hər şeyim var, lakin mən bu gün uşaqlarımı götürüb onları ziyarətə gedə bilmirəm. Çox ağırdır. Buna isə mənim gücüm çatmır. Bu gün dünyanın hər yerinə gedə bilirəm, amma valideynlərimin qəbrini ziyarət edə bilmirəm. Allah bizə səbr versin, ona da nail olacağıq. Mən orada anadan olmuşam, orada təhsil almışam, ona görə də mənim üçün çox çətindir
Şuşasız yaşamaq. Oranın hər daşının tanıyıram. Amma ürəkdən inanıram ki, mən oraya qayıdacamda. Onu
da deyim ki, müharibə başlayanda Ulu Öndərimiz rəhbər olsaydı, Azərbaycan torpaqlarımız işğal olunmazdı.

Mehriban
Məmmədzadə

Əlaqədar Yazılar