Bu gün respublikada qar yağacaq

Fevralın 19-da ölkə ərazisində qar yağacağı ehtimal olunur.




Bakı və Abşeron yarımadasında bugün



yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.













Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3, gündüz 4-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacaq.



Azərbaycanın rayonlarında


havanın yağıntılı olacağı, qar yağacağı bildirilir. Gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə gecə 8-12 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

Əlaqədar Yazılar