“Biz təmas xətti və Ermənistan-Azərbaycan sərhədində vəziyyətin pisləşməsindən narahatıq”. Bunu Bakıda səfərdə olan
NATO
baş katibinin
Cənubi Qafqaz
və
Mərkəzi Asiyadakı
xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib.
NATO-nun xüsusi nümayəndəsi
Dağlıq Qarabağ
münaqişəsinin həlli məsələsinin bu səfəri zamanı da müzakirə edildiyini deyib. O qeyd edib ki, NATO münaqişənin həlli prosesinə cəlb olunmasa da Avropada uzun sürən münaqişələrə dair NATO-nun öz mövqeyi var. “Biz tərəfləri ATƏT-in
Minsk qrupunun
dəstəyilə münaqişənin sülh yolu ilə tənzimlənməsinə doğru addım atmağa çağırırıq”.
Ceyms Appaturay qeyd edib ki, Azərbaycan NATO ilə birgə səylər üçün etibarlı, əhəmiyyətli və dayanıqlı töhfə verən bir ölkədir. “Azərbaycanın töhfələrini yüksək qiymətləndiririk. NATO həmçinin Azərbaycanın təhlükəsizliyinə töhfə verir. Biz Azərbaycanla müdafiə sahəsində islahatlar və bu sahənin daha effektli olması üçün ölkəni texniki və zəruri məsləhətlə təmin etmək üçün davamlı işləmişik”.
O təmsil etdiyi qurumun Azərbaycanda minalardan təmizləmə layihələrinə töhfə verdiyini xatırladıb.
Bu gün Azərbaycan prezidenti
İlham Əliyev
, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdüyünü deyən NATO rəsmisi Bakı səfəri çərçivəsində Rusiya və qonşularla münasibətlər, Orta Asiyadakı vəziyyət, İranla nüvə razılaşmasının regiona təsirləri və digər məsələləri müzakirə etdiyini deyib.
