Deyilənə görə, “evlər kralı” kimi tanınan Mikayıl İsmayılovun 200-ə yaxın mənzili var
Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişafı məqsədilə yürütdüyü məqsədyönlü siyasət ölkəmizdə iqtisadi islahatların aparılmasına, yerli istehsalın artırılmasına və digər sahibkarlıq imkanlarının, o cümlədən, turizmin inkişafına şərait yaradır.
Təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün inkişaf edən Azərbaycanımızda sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəlliklər hələ də vardır.
Beləki, yerli icra hakimiyyəti orqanları, o cümlədən, hüquq-mühafizə və digər xidmət orqanları tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, onların işinə maneçilik törədilir.
Dünyaxeber.info saytına daxil olan materiallar əsasında “Əjdəkan LTD” MMC və “A.S.V-L” MMC-yə ayrılan10 ha+23.16 ha, sahibkar Əliyev Vaqif Musa oğluna məxsus 12.26 ha, sahibkar Əminov Süleyman Zeynəddin oğluna ayrılan 4 ha qanuni torpaq sahəsindəki tikililərin qeyri-qanuni sökülməsi və yaşıllığın qəsdən məhv edilməsi ilə bağlı saytımızda məqalələr dərc olundu.Tərəflərin hüquqi nümayəndəsi qismində özünü təqdim edən icraçı direktor Rüfət Vəliyevin redaksiyaya təqdim etdiyi materiallarla bağlı qarşı tərəflə əlaqə saxladıq. Məsələyə neft şirkətinin maraqlı olduğu aşkarlandı. Daha doğrusu ARDNŞ-ın vitse-prezidenti M.İsmayılov… Odur ki, məsələyə aydınlıq gətirilməsinə çalışdıq. Lakin, adıçəkilən məmurun iş telefonlarına cavab verən olmadı. Səbəb?..
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Mikayıl İsmayılov artıq xeyli müddətdir ki, şirkətdə əsas söz sahiblərindən biri kimi tanınır. Hətta zaman-zaman bəzi mətbuat vasitələrində şirkətin Rövnəq Abdullayev tərəfindən deyil, məhz Mikayıl İsmayılovun göstərişləri ilə idarə olunduğu da vurğulanıb. Ümumiyyətlə, adıçəkilən məmurla bağlı bu günə kimi müxtəlif KİV-lərdə saysız-hesabsız tənqidlər səsləndirilib, onun sahibi olduğu geniş biznes şəbəkəsi haqda konkret faktlar ortalığa qoyulub. Deyilənə görə, “evlər kralı” kimi tanınan Mikayıl İsmayılovun 200-ə yaxın mənzili var. Vitse-prezidentin bu evlərin kirayəyə verilməsi ilə məşğul olan ayrıca bir idarə də yaratdığı medianın gündəmində olub.
Sirr deyil ki, bəzi məmurlar qanunsuz yollarla əldə etdikləri böyük vəsaitlər hesabına ölkədə və xaricdə dəyərli daşınmaz əmlaklara sahib olublar. Belə məmurlardan biri sayılan M.İsmayılovun adı böyük biznes sahələrində çəkilir.
Belə sahələrdən biri də Bakıda fəaliyyət göstərən “MODERN HOSPİTAL”dır. Məlumatı aldığımız mənbəyə istinadən, həmin hospital vitse – prezidentin əmlakları sırasındadır.
Araşdırmalarımız davam edir.
