İntizam Komitəsinin intizamlı sədri


İşgüzar, humanist, peşəkar,
ən əsas da xalqına və millətinə sədaqəti ilə çoxlarına nümunə ola biləcək
insanların siyahısı tərtib olunsaydı, yəqin ki, bu siyahının ilk sıralarından
birində Abiyev Ağacan Qulam oğlu adını görəcəkdik.




İntizam Komitəsinin intizamlı sədri


İnsanlara göstərdiyi isti münasibət və
mehriban davranışdan dolayı, hamı ona “Ağacan müəllim” deyərkən üzlərində
qeyri-ixtiyari olaraq təbəssüm yaranır.


İntizam Komitəsinin intizamlı sədri


Yüksək nüfuz və vəzifə sahibi olan
birinin insanlarla bu cür mehriban və səmimi olması çox az rastlaşdığımız
haldır amma Ağacan müəllimi yaxından tanıyanlar tez-tez bunun şahidi olurlar. Bunu
edə bilmək üçün böyük ürəyə və yüksək əxlaqi keyfiyyətlərə sahib olmaq
lazımdır.


Ağacan müəllimin zəngin tərcümeyi-halına nəzər
saldıqda bir insanın nə qədər aktiv və zəhmətkeş ola biləcəyinin şahidi oluruq:




Abiyev Ağacan
Qulam oğlu 1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1960-cı ildə
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu, 1966-cı ildə isə
Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Tələbəlik
illərində keçmiş SSRİ-də böyük nüfuz rəmzi sayılan Lenin təqaüdünə layiq
görülüb. 1967-70-ci illərdə Moskvada aspiranturada təhsilini davam etdirmiş və
1970-ci ildə dissertasiya müdafiə edərək, texniki elmlər namizədi alimlik
dərəcəsi almışdır. 1971-83-cü illərdə Rusiyada, Lipetsk Politexnik İnstitutunda
avtomatika kafedrasında işləmiş, 1973-cü ildən həmin kafedraya rəhbərlik
etmişdir. 1983-cü ildə Bakıya qayıdaraq, əvvəlcə İnşaat Mühəndisləri İnstitutunda
“Elektrotexnika və elektronika” kafedrasının müdiri, 1987-ci ildə isə
seçki yolu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun rektoru
seçilmişdir.

A.Q.Abiyev 100-dən çox elmi əsərin, 1 monoqrafiyanın, 15 tədris vəsaitinin və 4
ixtiranın müəllifidir. Elektron hakimlik sisteminin ilk yaradıcılarındandır.

1953-cü ildən boksla məşğul olmuş, 6 dəfə Azərbaycan çempionu, 1957-ci ildə
Zaqafqaziya və Moldaviya respublikaları spartakiadasının qalibi adını
qazanaraq, SSRİ idman ustası normasını yerinə yetirmişdir. 1960-62-ci illərdə
Ümumittifaq Həmkarlar İttifaqları birinciliyinin gümüş mükafatçısı olmuşdur.
1964-cü ildə Ağacan Abiyevə SSRİ fəxri idman ustası adı verilmişdir.
“Neftçi” idman cəmiyyətində məşqçilik fəaliyyəti ilə məşğul olduğu
müddət ərzində onlarla yüksək səviyyəli idmançı və idman ustaları
hazırlamışdır.

1982-ci ildən bu günədək boks üzrə beynəlxalq dərəcəli hakimdir. Bir neçə
Avropa və dünya çempionatlarında müvəffəqiyyətlə hakimlik etmişdir.

Yüksək idman nailiyyətlərinə görə professor Ağacan Qulam oğlu Abiyev SSRİ fəxri
idman ustası, beynəlxalq dərəcəli hakim (AİBA) və əməkdar idman xadimi adına
layiq görülmüşdür.

Hazırda Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya
Komitəsinin baş katibidir.

Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2001-ci il tarixli Fərmanı ilə
“Şöhrət” ordeninə layiq görülüb.

2002-ci ildə Avropa Boks Federasiyasının vitse-prezidenti, hakimlər
komissiyasının sədri seçilmişdir. Bundan başqa Ağacan müəllim həm də Beynəlxalq
Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü, hakimlər komissiyasının sədr
müavini seçilmişdir.

2004-cü il Afina XXVIII Yay Olimpiya Oyunlarının boks üzrə baş hakimi olub.

A.Q.Abiyev Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2007-ci il tarixli
Sərəncamı ilə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülüb.

Millət vəkilidir.



Göründüyü kimi, ölkənin ictimai-siyasi həyatı ilə yanaşı, həm də idman dünyasında kifayət qədər uğurlar qazanan Ağacan müəllim dünya çapında idman ustasıdır.


Uzun illər rektoru olduğu Bədən Tərbiyəsi və
İdman Akademiyasının nüfuzunun və nailiyyətlərinin, oraya qəbul olunmaq istəyən
gənclərin sayının ildən-ilə artması, əlbəttə ki, səbəbsiz deyildi. Bu, idmana
göstərilən Dövlət qayğısının Ağacan Abiyev dəsti-xətli təzahürü idi.


Ötən ilki(2015) Parlament seçkilərində də
seçicilərinin sevimli namizədi kimi deputat seçilən Ağacan müəllimə Milli
Məclisin İntizam Komitəsinin sədrliyi kimi məsuliyyətli vəzifənin həvalə
olunması təsadüfi deyildir. Uzun illər boyunca çalışdığı bütün vəzifələrdə məhz
göstərdiyi intizam və dəqiqlik ona qarşı 
bu inamı yaradıb.


Ağacan Abiyev Ulu Öndər Heydər Əliyevin
fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb. Bu isə artıq şərhə ehtiyacı
olmayan bir faktdır.


Biz də redaksiyamız adından Ağacan müəllimə
vətənə və xalqa xidmətlə keçən həyatında uğurlar və layiq olduğu yeni-yeni
müvəffəqiyyətlər arzu edirik!




Mehriban Məmmədzadə

Əlaqədar Yazılar