Türkiyə Rusiyaya qadağa qoydu (FOTO)


Rusiyanın avtomobil nəqliyyatının hərəkətinə icazə verilməyib.


Türkiyə


Rusiyadan

gələn yük maşınlarının ölkəyə girişinə qadağa qoyub. 42-ciparalel.az-ın məlumatına görə, Türkiyə sərhədində Rusiyaya məxsus avtomobillərin hərəkətinə icazə verilməyib. Bu barədə Beynəlxalq Avtomobil Daşıyıcıları Asosiasiyasından bildirilib. Məlumatda qeyd olunur ki, iki ölkə arasında nəqliyyat daşınması ilə bağlı 2015 ci il üzrə razılşamanın vaxtı 2016-cı il 31 yanvar tarixində bitib. Asosiasiyadan bildirlib ki, razılaşmanın təkrar bağlanması üçün artıq Rusiya Nəqliyyat nazirini Türkiyəyə göndərib. Bundan əlavə Rusiya Nəqliyyat Naziriliyi ilə

Polşanın

İnfrastruktur və Tikinti Nazirliyi arasında aparılan danışıqlar uğurla nəticələnmədiyi üçün 2016-cı il 1 fevral tarixindən iki ölkə arasında yük maşınlarının hərəkəti dayandırılıb. Ä°ki ölkə arasında münasibətlərin gərgin olması bir çox ekspertlərin yaranan problemi məhz bu səbəblə əlaqələndirməsinə səbəb olub. Ã–tən ilin noyabrında Türkiyə tərəfindən Rusiyaya məxsus

Su 24

təyyarəsinin Türkiyə-Suriya sərhəddində

vurulması

ölkələr arasında münasibəti körlayıb. Bu hadisədən sonra iki ölkə arasında vəziyyət kəskin şəkildə pisləşib. Rusiya Türkiyəyə qarşı çoxsaylı sanksiyalar tətbiq edib.


Türkiyənin Rusiyaya məxsus Su 24 təyyarəsini vurduğu an

42-ciparalel.az

Əlaqədar Yazılar