Search for:

Qısa məhəbbətin sonu xəyanətlə bitdi (FOTO)

Paylaş:


Daha bir səbəb aktyorun anası olub.



Məşhur model

İrina Şeyk

sevgilisi

Bredli Kuperdən

ayrılıb.


42-ciparalel.az-ın məlumatına görə, cütlüyün ayrılmasına səbəb model ilə aktyorun anası Qloriya arasında olan soyuq münasibət olub. Onların arasında böyük qalmaqal yaşanıb. Aktyor isə anasını müdafiyə edərək İrina ilə münasibətlərinə son qoyub. İrina Şeyk əşyalarını yığaraq evi tərk edib.


Ailəyə yaxın olan şəxslərin sözlərinə görə, aktyorun anası cütlüyün bir yerdə olmasına heç vaxt razı olmayıb: “Hər şey yaxşı idi. Amma qış tətili zamanı Kuper sevgilisini anasının

Nyu Cersidə

yerləşən evinə aparıb. Bir müddət orada yaşayıblar. İrina ilə Qloriya arasında ciddi mübahisələr baş verib. Bredli anası ilə çox yaxın olduğu üçün onun tərəfini tutmalı olub”.Qərb mətbuatının məlumatına görə isə, cütlüyün ayrılmasına İrinanın 25 yaşlı həmkarı Stiven Ceyms ilə Bredli Kuperə xəyanət etməsi olub. Şeyk 30 yaşını Ceyms ilə birlikdə qeyd edib. Æslən Rusiyadan olan İrina Şeyk 40 yaşlı aktyor Bredli Kuper ilə ötən il görüşməyə başlayıb.







İrina Şeyk və Stiven Ceyms


İrina Şeykin keçmiş sevgilisi portuqaliyalı ulduz futbolçu

Kriştianu Ronaldo

olub. Nümunəvi cütlük hesab edilən sevgililər ötən ilin əvvəlində ayrılıblar. İddiaya görə, onların ayrılmasına səbəb xəyanət və futbolçunun anasının rus modeli sevməməsi olub.








İrina Şeyk və Kriştiano Ronaldo

42-ciparalel.az

Paylaş: