Hadisə zamanı daha bir neçə şagirdin də bıçaqla yaralandığı bildirilir.
Türkiyədə
PKK terrorçuları məktəblinin boğazını kəsərək qətlə yetiriblər. 42-ciparalel.az-ın məlumatına görə hadisə
Mersin
vilayətinin Silifke rayonundakı Gənclər və İdman Nazirliyinə aid mərkəzdə baş verib.
Diyarbəkirin
Sur rayonundan bir qrup şagird
Gənclər və İdman Nazirliyinin
təşkilatçılığı ilə Mersin vilayətinə gəzintiyə aparılıb. Vilayətin Silifke rayonunda nazirliyə aid mərkəzdə məskunlaşan qonaqlarla şagirdlərin arasına yerləşdirilən
PKK
tərəfdarları arasında mübahisə baş verib. Mübahisə zəminində baş vermiş dava zamanı terrorçular Hüseyn Cəfər Gizli adlı 16 yaşlı şagirdin boğazını kəsərək öldürüblər. Hüseyn Cəfər Gizlinin cənazəsi Adana şəhəri Məhkəmə Tibbi Ekspertizasının morquna aparılıb. Hadisə zamanı daha bir neçə şagirdin də bıçaqla yaralandığı bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən M.D.nin polis tərəfindən ələ keçirildiyi, daha 16 nəfərin saxlanıldığı bildierilir. Həmçinin qeyd edilib ki, Hüseyn Cəfər Gizlinin əmisi Məhəmməd Nur Gizli də 1990-cı illərdə PKK terrorçuları tərəfindən qətlə yetirilib.
42-ciparalel.az
