Search for:

İlham Əliyev “Bürc-Xəlifə”də

Paylaş:


Azərbaycan prezident Abu Dabidən sonra Dubaya səfər edib.

Birləşmiş Ərəb Əmirliklərində


rəsmi səfərdə olan prezident


İlham Əliyev


Abu Dabidən Dubaya gəlib.




42-ciparalel.az-ın məlumatına görə, prezident İlham Əliyev


Dubaydakı


məşhur


“Bürc-Xəlifə”


binası ilə tanış olub.


Dövlət başçısına məlumat verilib ki, dünyanın ən böyük göydələni olan “Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub.


Əvvəllər “Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub.


Bununla da “Bürc-Xəlifə” dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.


Dünya memarlığının nadir incilərindən olan “Bürc-Xəlifə”nin özəllikləri bununla bitmir. Əsas diqqət tikinti zamanı küləkdən qorunmaya yönəldilib.


Dünyada ən hündürə qalxan və ən sürətli liftlər də bu binada işləyir. “Bürc-Xəlifə”nin 158-ci mərtəbəsində dünyanın ən yüksəklikdə yerləşən məscidi, 76-cı mərtəbəsində ən hündür üzgüçülük hovuzu və 122-ci mərtəbəsində restoran fəaliyyət göstərir.


Kompleksin daxilində otellər, evlər, ofislər və ticarət mərkəzləri yerləşir. Binanın daxili məxsusi olaraq “Bürc-Xəlifə” üçün hazırlanmış ətirlərlə təravətləndirilir.


Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. “Bürc-Xəlifə” öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.

İlham Əliyev bundan əvvəl isə Abu Dabidə


Şeyx Zayed məscidi


kompleksini


ziyarət edib.









Prezident Şeyx Zayed məscidində

42-ciparalel.az

Paylaş: